Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Fasilələr.  Yəqin ki, belə bir söz yadınızdadır:  “Susmaq qızıldır.”



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   49   50   51   52   53   54   55   56   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Fasilələr. 
Yəqin ki, belə bir söz yadınızdadır:
 “Susmaq qızıldır.” 
Yüksək natiqlik 
mədəniyyətindən danışarkən çıxışın uğurlu olmasında fasilənin (pauzanın) olduqca 
böyük rolunu unutmaq olmaz. Əgər natiq dayanmadan danışırsa dinləyicilər 
tezliklə yorulurlar. Fasilələrdən düzgün istifadə edə bilməmək belə natiqləri "e-e-
e", "m-m-m" və s. kimi “dolduruculardan” istifadə etməyə məcbur edir. Əslində 
fasilə dinləyicilərə deyilənləri qeydə almaq və sizin fikrinizə cəmlənmək imkanı 
verir. Bundan başqa natiqin özü də nitqin davamını düşünmək və bir qədər 
rahatlanmaq imkanı əldə edir. 
Nitqin sürəti və yüksəkliyi də əhəmiyyətlidir.
Nitqin sürəti çıxış zamanı çox böyük əhəmiyyət kəsb edir. Əgər siz olduqca ləng 
danışırsınızsa, auditoriyanın diqqəti yayınmağa başlayır. Əgər həddən artıq 
danışırsınızsa, dinləyicilərə diqqəti cəmləmək və sizin fikrinizi izləmək çətin olur. 
Həddən yüksək nitq çoxlarını qıcıqlandırır, həddən artıq sakit səsi heç də hamı 
eşitmir. Praktika mükəmməlləşməyə kömək edir. Öz nitqinizi məşq edin, onu 
videoya çəkin. Bu sizə nitqin temp və yüksəkliyini düzgün seçmək imkanı verir. 
Effektiv yekunlaşdırma.
Bəzi natiqlər ümumiyyətcə çıxışı başa çatdıra bilmir. Onlar sadəcə susur və oturur. 
Hər bir natiq "qatardan harda düşməyi" dəqiq bilməlidir. Finalın rolu məhz 
bundadır. Sonluq auditoriyaya nitqin əsas məqamlarını yada salır. 
Səmərəli sonluq özündə aşağıdakıları saxlamalıdır: 
- çıxışın əsas məqamlarının xülasəsi;
- dinləyicilərə müraciət edilir ki, onlar eşitdiklərini həyatda və işdə istifadə 
etsinlər;
- uyğun hadisə, lətifə, istinadlar;


- ürəkdən gələn təşəkkür.
Henri Uodsvort Lonqfello demişdi: "Dahi odur ki, başlamağı bacarır, amma 
daha böyük dahi odur ki, yekunlaşdırmağı bacarır."

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin