Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


faydalanın. Şəxsiyyətin ucalmaq yolunda ən dəyərli silahlarından biri də natiqlik



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   53   54   55   56   57   58   59   60   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

faydalanın.
Şəxsiyyətin ucalmaq yolunda ən dəyərli silahlarından biri də natiqlik 
mədəniyyətidir. Bu mədəniyyətə sahib olmağa çalışın.
Elə ki, bu mədəniyyətə sahib oldunuz, işin yarısını gördüyünüzə əmin ola 
bilərsiniz. Çünki insanlar liderin özünə və ideyasına hörmət etdikdə onun ardınca 
gedirlər, onun ideyalarının həyata keçməsinə ona yardımçı olmaq istəyində olurlar. 
İdeyanın da insanlara çatdırılmaq yolu natiqlik mədəniyyətindən keçir. Bunu heç 
vaxt unutmayın. Sizə liderlik zirvəsinə ucalmaq arzusu ilə!!! 
Sual vermək texnikası səmərəli öyrənmənin əsas şərtlərindəndir. Amma 
araşdırmalar göstərir ki, müəllimlərin verdiyi sualların böyük bir qismi qısa 
cavablı, seçim tipli və şagirdin bildiyini təsdiqləməyə istiqamətlənmiş olur. Hər 
yaş qrupunda və səviyyədə olan öyrənənlərin sual vermə texnikasını inkişaf 
etdirməsi vacibdir. Tədqiqatçılar deyir ki, sual vermə texnikasının qədim tarixi 
vardır.
Sual vermək nə deməkdir?
Sual – funksiyası informasiya almaqdan ibarət olan müəyyən formaya malik 
cümlədir. Auditoriya mühitində müəllimlərin verdiyi suallar tələbəyə öyrəniləcək 
məzmunu və ya nəyi necə ifadə etmək lazım olduğunu çatdıran təlimatları özündə 
əks etdirir. 
Müəllimlərin verdiyi sualların məqsədi nədir?

Tələbədə maraq oyatmaq və onu dərsdə aktiv fəaliyyət üçün motivasiya 
etmək; 

Tələbənin hazırlığını dəyərləndirmək; 

Tənqidi düşünmə bacarığını inkişaf etdirmək; 

Əvvəlki mövzuları nəzərdən keçirmək və ümumiləşdirmək; 

Münasibəti ifadə edən ehtimalları inkişaf etdirmək; 

Biliyi özlərinin əldə etmələri üçün tələbələri motivasiya etmək; 

Təlimin nəticəsini ölçmək. 
Tələbələr isə bu suallara cavab vermək üçün aşağıdakı mərhələləri həyata 
keçirir:

Sualı dinləmək; 

Sualın mənasını aydınlaşdırmaq; 



Cavabı beynində formalaşdırmaq; 

Cavabı ifadə etmək; 

Cavabı yoxlamaq (müəllimin təhlilinə əsaslanaraq). 
Auditoriyada verilən suallar əhatəli araşdırılmış mövzudur. Alimlər sual vermək 
üsulları ilə tələbənin uğuru və davranışı arasındakı əlaqəni tədqiq etməyə daha 
çox yönəlmişlər. Nəticələr aşağıdakı kimidir: 

Dərsdə sual verilərək aparılan təlim tələbələrə sual verilmədən aparılan 
təlimdən daha səmərəlidir. 

Tələbələr dərs zamanı cavablandırdıqları suallardan ibarət imtahanlarda 
daha yüksək, rastlaşmadıqları sualların daxil edildiyi imtahanlarda isə daha zəif 
nəticələr göstərirlər. 

Dərsin izahı zamanı soruşulan şifahi suallar yazılı suallarla müqayisədə 
öyrənməni daha da asanlaşdırır. 

Şagirdlərin diqqətini dərsin əsas məqamlarına yönəldən suallar digər 
suallarla müqayisədə anlamanı daha çox sürətləndirir. 
Sualların yeri və zamanı
Dərsdə çox sual verməklə mövzunu öyrənmək arasında birbaşa əlaqə var. 
Mövzunu oxumadan və dərsə başlamazdan öncə sual diqqətli və ya mövzu ilə 
maraqlanan tələbələr üçün daha səmərəlidir. 
Nisbətən zəif tələbələr dərsdən əvvəl onlardan soruşulan sualları cavablandırmağa 
kömək edəcək materiala fokuslanmağa daha meyillidirlər. 
Təəssüflər olsun ki, suallar vermək, tənqidi düşünmək mövzusunda hamı həmfikir 
olsa da, bunu həyata keçirməyə maneə yaradan cəmiyyətdə yaşayırıq. 

Böyüyəndə öyrənəcəksən! 

Hələ o mövzuya çatmamışıq! 

............................................... 
Tələbələr tərəfindən verilən bu və ya digər sualları belə cavablandırdıqca tənqidi 
fikirlərini ifadə edə bilməyən və sualların cavabı üçün kənarda fərqli yollar 
axtaran gənclər yetişdiririk. Birlikdə yaşamağı öyrətmək və tənqiqdi düşüncəni 
inkişaf etdirmək üçün auditoriyada verilən sualları geniş müzakirə etməliyik. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin