• İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti
Mündəricat
– Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı
sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT
yazılır. Mündəricat titul vərəqindən sonra gəlir
və səhifələri göstərməklə
dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların
paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr.
Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər
bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları
dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən
yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun
diqqətini çəkən bir hissəsinə nəzər
salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını
neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını,
yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.
Dostları ilə paylaş: