Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


İnternet qlobal kompüter şəbəkəsinin



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   19   20   21   22   23   24   25   26   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

İnternet qlobal kompüter şəbəkəsinin
inkişafı insan həyatının və fəaliyyətinin ən 
müxtəlif sahələrinə təsir göstərir. İnternetin mədəniyyətlərarası interaktiv ünsiyyət 
(kommunikasiya) vasitəsi kimi öyrənilməsi, mədəniyyətlərarası əlaqələrin 
keyfiyyətinin artırılması imkanlarının öyrənilməsi zərurəti yaranır. Bu baxımdan 
internetin gənclər arasında mədəniyyətlərarası ünsiyyətə təsirinin, eləcə də 


gənclərin mədəniyyətinə təsirinin xüsusiyyətlərinin tədqiqi mühüm əhəmiyyət kəsb 
edir. 
İnternetin inkişafı müxtəlif auditoriyaların mədəniyyətinin, birləşməsinin və 
inteqrasiyasının, onların dünya mədəniyyətinin nailiyyətlərinə 
uyğunlaşdırılmasının intensiv yayılmasının mümkünlüyü haqqında məsələni 
qaldırmağa imkan verir. Bununla əlaqədar olaraq mədəniyyətə aid informasiya 
yeni bir şəkildə yayılır və fəaliyyət göstərir. Mədəni və bədii dəyərlərin ekvivalent 
və hərtərəfli şəkildə yayılması və paylaşdırılması imkanı yaranır. 
Mədəniyyətlərarası kommunikas
iya baxımından bu, informasiyanın internetə 
maksimal nüfuz etməsinə nail olmağa imkan verir, yəni hər bir internetistifadəçisi 
nəinki öz informasiyasını yerləşdirə, həmçinin oxuyuculardan “cavab” (əks əlaqə) 
ala, mübahisə edə, onların fikrini öyrənə, forumlarda müzakirələr apara bilir. 
İnformasiyanın ötürülməsinin vaxtında və operativ baş verməsi, “real vaxt rejimi” 
zaman fərqini aradan qaldırmaqla kommunikasiya üçün yeni imkanlar yaradır. 
İnternetin bu xüsusiyyəti onu rahat və geniş yayılmış mədəniyyətlərarası 
kommunikasiya vasitəsinə çevirir. 
Dil baryeri
mədəniyyətlərarası kommunikasiyanın ən başlıca maneələrindən 
biridir. Lakin internetin texniki imkanları sayəsində dil baryerinin aradan 
qaldırılması üçün getdikcə daha rahat şərait yaradılır. Bir çox saytlarda bir neçə 
dildə versiyaların təklif olunması çox vacibdir. Bu, istifadəçilərə digər ölkələr 
haqqında öz doğma dilində məlumat almaq imkanı verir. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin