Mövzu 1:
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənninin predmeti, məqsədi və vəzifələri
İcmal:
1. Azərbaycan dili haqqında ümumi məlumat. Azərbaycan dili türk dillərindən biri
kimi.
2. Azərbaycan dilinin yayılma və istifadə coğrafiyası.
3.Azərbaycan dilində istifadə olunan əlifbalar. Ərəb əlifbası, əlifbanın
dəyişdirilməsi. Latın qrafikalı əlifbaya keçid.
4. Kiril qrafikalı əlifbaya keçidin problemləri.
5. Latın qrafikalı Azərbaycan əlifbasının yenidən tətbiqi.
1. Azərbaycan dili haqqında ümumi məlumat. Azərbaycan dili türk dillərindən biri
kimi.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının
rəsmi dövlət dilidir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb
qrupuna daxildir.
Azərbaycan
dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazi
sində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:
1.
Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
2.
Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
3.
Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
4.
Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
[13]
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil
qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji
və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə
görə fərqlənirlər.
Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir:
Azərbaycan dili eləcə də İran İslam Respublikasında yaşayan 30 milyon
azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan
da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və
əksəriyyəti Kərkük vilayətində yaşayır.
ABŞ-da, xüsusən Qərbi Avropa ölkələrində (daha
çox Almaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) xeyli azərbaycanlı yaşayır.
Çoxu İrandan işləmək üçün gedənlərdir. Türkiyədə də azərbaycanlılar çoxdur.
Onlar 1920 ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və İkinci dünya
müharibəsindən sonra gedənlər və onların nəsilləridir. 20-ci əsrin 90-cı illərindən
başlayaraq Rusiyaya gedən və indi orada qalıb yaşayan azərbaycanlılar daha
çoxdur. Beləliklə, dünyada hazırda Azərbaycan dilində danışan 50 mln.-dan çox
adam yaşayır.
Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna
daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk
dilləri arealının cənub-qərb qolunu təşkil edir.
[14]
dillərin yaranması ağacın qol-
budağa ayrılmasına bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz
dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz növbəsində ayrı-ayrı
dillərə ayrılır.
Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib
olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən
daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı
dili ənənəsinə malikdir.
Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir.
Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə
"tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə)
adlandırılmışdır
XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən
biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu "Dünya
tarixçilərinin Dünya tarixi" adlı Londonda nəşr olunmuş çoxcildlik
ensiklopediyanın 24-cü cildində Azərbaycan dili türk dillərinin 3 qrupundan qərb
qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir.
Azərbaycan dilinin yayılma və istifadə coğrafiyası.
Azərbaycan dili tarixən geniş bir ərazidə ünsiyyət vasitəsi olmuşdur. Azərbaycan
dilinin yayılma coğrafiyası Azərbaycanın sərhədlərindən geniş olmuşdur. X əsr
ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl Azərbaycan və Qafqazın başqa yerlərini
gəzdikdən sonra Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini çəkmiş
tərtib etmiş və Dərbəndədək sahilboyu bütün ərazini Azərbaycan adlandırmışdır
Azərbaycan dilinin XI-XII əsrlərdən formalaşmaqda olan məhəlli dialektləri
sonralar Şirvanşahlar, Atabəylər, Hülakilər, Cəlairilər, Qaraqoyunlular,
Ağqoyunlular və Səfəvilər dövlətləri dövründə qarışma və eyni zamanda
müəyyənləşmə prosesi keçirmişdir. XVI əsrdə vahid, mərkəzləşmiş Səfəvilər
dövlətinin inzibati-ərazi bölgüsü Azərbaycan dilinin ənənəvi məhəlli
diferensiasiyasını möhkəmləndirir. Səfəvilər dövlətində on üç bəylərbəylik var idi
ki, bunlardan da dördü Azərbaycan ərazisini əhatə edirdi: 1) Şirvan bəylərbəyliyi;
2) Qarabağ (və ya Gəncə) bəylərbəyliyi; 3) Çuxursəd (və ya İrəvan) bəylərbəyliyi;
4) Azərbaycan (və ya Təbriz) bəylərbəyliyi
Belə inzibati ərazi bölgüsü XVII əsrdə də davam etmişdir. XVIII əsrin ikinci
yarısında Azərbaycanda bir sıra xanlıqların və sultanlıqların yaranması məhəlli
dialekt əlamətlərinin inkişafını daha da gücləndirir.
Azərbaycan dilinin əsas ləhcələrinin və ayrı-ayrı şivələrinin
formalaşmasında fiziki-coğrafi sədlər, inzibati bölgülər, ətraf əhalini birləşdirən
mərkəzlər, substrat təsir, əhalinin köçməsi və tarixi təcridolunma kimi amillər
müəyyən rol oynamışdır.
Azərbaycan dilinin əsas ləhcələri (şimal-şərq, qərb, cənub) və qarışıq tipli
şimal-qərb şivələri fonetik, qrammatik və leksik cəhətdən bir sıra fərqləndirici
əlamətlərə malikdir.
3.Azərbaycan dilində istifadə olunan əlifbalar. Ərəb əlifbası, əlifbanın
dəyişdirilməsi. Latın qrafikalı əlifbaya keçid.
Dostları ilə paylaş: |