Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:
Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird
(üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma
pozulur.
Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər
kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-
lar-mız-dan-am;
Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır:
gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q;
Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub.
Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu
şəkilçi -lar
2
şəkilçisindən əvvəl gəlməli idi.
Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə
uzlaşır; Sən müəllim-sən; Onlar şagird-dirlər;
Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin
olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ
düşür.
Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin
üslublar aşağıdakılardır:
1)
Bədii üslub:
bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas
əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu
poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu
qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.
2)
Dostları ilə paylaş: