Bu misaldakı qıy vurmaq tir-tir əsmək ifadələri poetik xarakter daşıyır.
Dildəki poetik
söz və ifadələrin hamısı poetizm adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii
üslubunda işlənir.
Köhnəlmiş sözlər
F
əal şəkildə istifadədən qalan sözlərə
köhnəlmiş söz
deyilir. Az
ərbaycan dilinin lüğət
t
ərkibində müəyyən miqdar köhnəlmiş söz vardır. Bunlara aşağıdakıları
misal
göstərmək olar: ağa, nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s.
Dild
ə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin
n
əticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi
süni olaraq sərhəd
qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da
b
əzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. Hər bir sözün
taleyi
onun ifad
ə etdiyi məna ilə və xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur.Bütün
bunlara
əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana
çıxır.
B
əs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin müəyyənləşdirilməsi
üçün əsas meyar dilin müasir vəziyyətidir. Köhnəlmiş hər bir söz dilin bugünkü
v
əziyyəti ilə yoxlanılır, onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır.
Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür.
Yəni hər bir
fakta tarixilik c
əhətdən yanaşılır; məsələn: XIX əsrdə M.F.Axundov əsərlərində
yüzbaşı, murov, yasavul və s. kimi sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün
köhnəlmişdir. Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi.
Deməli bu və
ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik ola bilir.
Dild
ə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur. Belə ki, bəzi sözlər az, bəzi
sözlər isə çox köhnəlir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki
köhnəlmiş sözləri
iki qism
ə bölmək olar:
Dostları ilə paylaş: