Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   35   36   37   38   39   40   41   42   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

 
Sərəncam
— hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs 
tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda 
olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” 
sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, 
təsdiq olunsun və s. şəklində şərh edilir

FƏRMAN – Ali hakimiyyət orqanının – Prezidentin (vahid şəkildə) öz 
səlahiyyətləri daxilində qəbul etdiyi, hüquqi məzmununa görə normativ Fərman, 
yəni ümumi hüquqi normaları, qaydaları müəyyən edən və fərdi Fərman, yəni 
hüquq normasını konkret hadisəyə tətbiq edən (misal: vəzifəli şəxsi, təyin edilməsi, 
vətəndaşın mükafatlandırılması və s.), bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, 
dövlət və qeyridövlət qurumları və vətəndaşlar (və s. şəxslər) üçün məcburi 
qüvvəyə malik olan – hüquqi akt. 
Hər bir Fərman ümumi və konkret məqsədlərə xidmət edir, hüquqi nəticələr əmələ 
gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. Fərmanların icra 
edilməməsi – müəyyən hüquqi məsuliyyətə səbəb olur (hərçənd fərdi Fərmandan 
irəli gələn müddəalardan ünvanlanmış şəxs imtina edə bilər, lakin buna yol 
verməmək üçün, bir qayda olaraq fərdi Fərman qəbul edilmədən öncə, 
ünvanlanmış şəxs ilə məsləhətləşmələr aparılır). Qəbul edilmiş Fərman ya 
televiziya, radio, mətbuat vasitələrilə yayılır, yaxud şəxsən təqdim olunur. 
Fərmanlar yalnız yazılı formada olur və əgər Fərmanda başqa tarix göstərilməyibsə 
o (Fərman), dərc edildiyi (yayıldığı) gündən qüvvəyə minir; qeyrinormativ 
xarakterli (yəni fərdi) Fərman isə qəbul edilən andan qüvvəyə minir 
SƏRƏNCAM - Ali hakimiyyət orqanının - Prezidentin (vahid şəkildə), Mərkəzi 
hakimiyyət orqanının - Hökümət (kollektiv şəkildə) və digər dövlət idarəetmə 
orqanlarının həmin orqanlara verilmiş səlahiyyətlər daxilində qəbul etdikləri, 
hökmlü xarakter daşıyan, konkret məsələləri əhatə edən, bütün aşağı səlahiyyətli 
vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. şəxslər) 
üçün məcburi qüvvəyə malik olanqanun qüvvəli akt. Konkret hadisə barəsində 
birdəfəlik Sərəncam və ümumi Sərəncam, yəni uzun müddət qüvvədə olan 
Sərəncamlar fərqləndirilir. Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq 
normativ xarakter daşımır. Hər bir Sərəncam konkret məqsədlərə xidmət edir, 


hüquqi nəticələr əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. 
Sərəncamların icra edilməməsi-müəyyən hüquqi məsuliyyətə səbəb olur. Qəbul 
edilmiş Sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yaxud şəxsən 
təqdim olunur. Sərəncamlar əsasən yazılı olur, lakin şifahi də ola bilər və əgər 
Sərəncamda başqa tarix göstərilməyibsə, o (Sərəncam), dərc edildiyi (yayıldığı) 
gündən qüvvəyə minir; 2) mülki hüquq münasibətlərində, mülkiyyətçinin-
mülkiyyət üzərində üç səlahiyyətdən (sahiblik və istifadə hüquqi ilə bərabər) biri; 
mülkiyyətin hüquqi taleyini həll etmək hüququ, o cümlədən: mülkiyyəti-satmaq, 
hədiyyə etmək, dəyişmək və s. hüququ. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin