Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


MƏQALƏNİN STRUKTURU NECƏ QURULMALIDIR?



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   42   43   44   45   46   47   48   49   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

MƏQALƏNİN STRUKTURU NECƏ QURULMALIDIR?
Məqalənin ümumi quruluşu aşağıdakı kimi tövsiyə olunur: 
1.
Annotasiya
2.
Giriş
3.
Təməl hissə
4.
İddianın sübutu
5.
Nəticə
Annotasiya.
Bu hissədə yazının əsas aspektləri yekunlaşdırılmalıdır. Belə ki, 
annotasiyada məqalənin digər hissələri haqqında çox qısa, 2-3 cümlədən ibarət 
məlumat verilməlidir. Adətən, oxucu annotasiyanı oxuduqdan sonra bütün 
məqaləni oxuyub-oxumayacağı haqqında qərar verir. Bu hissədə uzun təməl 
məlumatlar, natamam cümlələr, oxucunu çaşdıra biləcək abbreviaturalar və hər 
hansı cədvəl və ya fiqurlar daxil etməkdən çəkinmək lazımdır. 
Giriş.
Oxunaqlı, maraqlı bir giriş sizin məqalənizin uğurlu olması üçün vacib 
ünsürlərdən biridir. Giriş hissəsinin üç vacib funksiyası var:
[1]
 
1.
oxucuları məqalənin davamını oxumağa cəlb edir;


2.
bütün məqaləni oxumayanlar üçün əsas iddianızı ümumiləşdirir, nəticədə, 
oxucular iddianızın yararlı ola biləcəyi problemlə qarşılaşdıqda məqalənizi 
xatırlayaraq oxumaq üçün geri dönürlər;
3.
oxuyacaq olanlar üçün növbəti hissələri şərh edən ümumi bir düşüncə 
formalaşdırır.
Bu məqsədlərə nail olmaq üçün giriş hissəsi mütləq aşağıdakıları özündə ehtiva 
etməlidir: 
1.
konkret şəkildə bir problemin olduğunu göstərməli;
2.
iddianı bildirməli;
3.
problemi əks etdirməli;
4.
bütün bunları cəld və inandırıcı şəkildə etməlidir
Məqalənizin giriş hissəsi elə yazılmalıdır ki, oxucunu məqalənin qalan hissələrini 
də oxumağa vadar etsin. Buna nail olmağın ən yaxşı yolu giriş hissəsində oxucunu 
olduqca vacib, maraqlı və həll edilməli olan problemin mövcud olduğuna 
inandırmaqdır. Giriş qısa, sadə, aydın və oxucunu daha çox oxumağa təşviq edəcək 
şəkildə olmalıdır. 
Təməl hissə.
Məqalənin girişdən sonrakı hissəsi “təməl hissə” adlanır. Bu hissədə 
mümkün olduğu qədər vacib faktların və qaydaların üzərində fokuslanmağınız 
lazımdır. Təməl hissədə əsas məqsəd iddianızın sübut olunması üçün lazımi olan 
baza informasiyaları oxuyucuya ötürməkdir. Siz iddianızı dəqiq faktlar və hüquqi 
mühakimələr olmadan sübut edə bilməyəcəksiniz, lakin bunu mümkün qədər qısa 
və aydın şəkildə etməyə çalışın 
İddianın sübutu.
Hər şeydən əvvəl sizin iddianız yeni, qeyri-aşkar və faydalı 
olmalıdır. Bundan əlavə, müvafiq hissəni yazarkən bir sıra nüanslara diqqət 
yetirməlisiniz. İlk öncə, konkret olun. Təkrarçılıqdan və ifrat ümumilikdən qaçının. 
Arqumentinizi real nümunələrlə, məsələn, real kazuslardan konkret nümunələrlə 
gücləndirin. Bu sizin fikrinizi oxucuya daha aydın çatdırmağa və sizin də öz 
fikrinizi daha yaxşı anlamağınıza kömək edəcək. 
Nəticə
hissəsində iddianızı qısaca yekunlaşdırmalısınız. Annotasiya və giriş 
hissələrində qoyulan sualların cavabının nəticə hissəsində öz əksini tapdığından 
əmin olun. Əks təqdirdə məqalənizin tamlığı pozulacaq və oxucu məqaləni 
anlamaqda çətinlik çəkəcək. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin