intonasiyasına, ritminə uyğun istifadədir. Ancaq, jestlər həddini aşmamalıdır,
nitqin məzmun və istiqamətinə uyğun gəlməlidir, ölçülüb- biçilməlidir. Yersiz
jestlər ironiya və gülüş doğura bilər.
Biz öz mimika və jestlərimizlə hansı sualısa cavablandıra bilərik, kiməsə öz rəğbət,
razılıq, etiraz və qəzəbimizi bildirə bilərik.
Natiqliyin şərtlərindən biri də məsafədir. Nitq zamanı həmişə natiq ilə dinləyicilər
arasında müəyyən məsafə gözlənilməli və qorunmalıdır. Yəni, natiq öz çıxışı
zamanı dinləyicilərlə arasında müəyyən məsafə saxlamalıdır. Bunu isə jarqon və ya
vulqar sözlər kimi nitq pozuntularına
yol verməməklə, hadisəyə düzgün və ciddi
yanaşmaqla təmin etmək mümkündür.
Ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır.
Bununla belə çox ifadəli işlətdiyimiz sözlər - yalnız 10 faiz fikrimizi çatdırmaqda
bizə yardımçı olur. Səsin tembri və intonasiyanın vasitəsilə isə məlumatın cəmi 40
faizini ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum
həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir.
Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız və
əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız.
Təcrübəli psixoloqlar sizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və
mimikaların mənasını açıqlayırlar.
Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir. Çalışın biliklərinizi
tətbiq edərkən hərəkətləriniz süni, qeyri-təbii görünməsin.
1.
"Açıq əllər" jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya
hər iki
əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan sizə qəlbini açır. Əgər çalışsanız,
bu jesti süni, yəni şüurlu ifadə edəsiniz, razılaşın ki, kənardan gülməli görünə
bilər.
2.
Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla siz həmsöhbətinizə
qarşı rəğbət bəslədiyinizi bildirirsiniz.
3.
İnsanın sakit, rahat, arxayın özünü hiss etməsinə onun əllərinin boşalmış
vəziyyəti qoyulduğu işarə edir.
4.
Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.
5.
Əgər kimsə danışanda açıq əllərini (evcik şəklində) bir-birinə dirəyibsə,
onda siz əmin ola bilərsiniz ki, bu insan fikirlərinə əməl edib,
sözünün
üstündə durandı. Ona etibar etmək olar.
Jestlər bir neçə qrupa bölünür.
Birinci qrup - işarə jestləridir. Amma onları istifadə etdikdə çox ehtiyatlı
olmaq lazımdır. Çünki eyni işarə-jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn
amerikanların "O.K." jesti Amerikada - hər şey yaxşıdır mənasını ifadə edirsə,
Fransada - sıfır bildirir, Yaponiyada isə - pula işarə edir.
Bizim tez-tez istifadə etdiyimiz "Əlvida" jesti Yunanıstanda "Rədd ol buradan"
kimi başa düşülür.
Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa
Qərb və
Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər.
İkinci qrup jestlər - illüstrator-jestləridir. Onların köməyi ilə fikrinizi daha
geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar
zamanı natiqlər istifadə edirlər.
Üçüncü qrup - tənzimçi, nizamlayıcı jestlərdir. Bu qrup jestlər söhbətin
əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri - əl verməkdir. Bu
jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq
istəyini çatdırmaq, həm də danışığın sonunu.
Bugünkü təqdim olunun məqalədə sonuncu qrup - adaptor (ötürücü) jestlərdir.
Adətən bu növ jestlər bizə hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar.
Onlar uşaqların qeyri-ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyəcan
əlamətlərində ifadə etdikdə daha aydın görünür.
Geyim və bunun üçün tələblər.
Heç
kimə sirr deyil ki, paltar insanın ilk növbədə ehtiyac duyduğu əşyalardan
biridir. Şəxsi əşyalara aiddir.
Ümumiyyətlə,
paltar
İnsan bədənini əhatə edən geyim kolleksiyasıdır. Bir insanın,
ilk növbədə, mənfi iqlim şəraitindən
və hava hadisələrindən, həm də özünü
bəzəmək arzusundan qorunmaq üçün paltar icad etdiyini və yaratdığını
təxmin
etmək çətin deyil.
Dostları ilə paylaş: