Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 14 :  Azərbaycan dilində işgüzar və akademik kommunikasiyada



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   65   66   67   68   69   70   71   72   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 14

Azərbaycan dilində işgüzar və akademik kommunikasiyada 
seminar və təqdimat etmə bacarığı. 
İcmal:

1. Kütləvi tədbirlərdə çıxışa hazırlıq.
2. Təqdimat etmə bacarığı.
3. Elektron təqdimatların hazırlanması.
4.Təqdimatlar hazırlanarkən internet resurslardan və alətlərdən səmərəli istifadə.
5. Təqdimat zamanı səhnə duruşu və səhnə davranışları. 
Hər birimizə həyatımızın müxtəlif sahələrində təqdim etmə bacarığı lazım olur. 
İstər özümüzü istərsə də hazırladığımız layihəni, işimizi təqdim etmək ehtiyacı 
yaranır. Amma buna baxmayaraq bir çoxlarımız təqdimat edərkən ciddi 
problemlərlə qarşılaşır və yaxud bunu etməkdən çəkinirik. 
Halbuki təqdim etmə məsələsinə sistemli yanaşmaq və strukturlu təqdimat 
hazırlamaq bizi digərlərindən fərqləndirə bilər. Nəzərə alsaq, ki insanların ölümdən 
sonra 2-ci qorxusu kütlə qarşısında çıxış etməkdir
Təqdimat
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri 


olan təqdimat tələbənin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod 
tələbələrə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə 
bilsin, öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına 
yiyələnsin. Təqdimata hazırlaşan tələbə qrup halında işləyəndə ünsiyyət 
mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) 
hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir. 
Təqdimata hazırlaşan tələbələr təqdimatın hansı formada keçirmək barədə 
qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları 
barədə tələbələri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən tələbə vaxtdan 
səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə 
əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat 
müzakirə olunur və qaydalara əsasən qiymətləndirilir. 
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin