qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır. Nitqin zənginliyinin əsas
əlaməti onda işlənən sözlərin təkrar olunmadan kəmiyyətcə çoxluğudur.
Geniş
dünyagörüşünə, mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı
kəmiyyət və keyfiyyətcə çox zəngin olur.
3Nitqin formaları: şifahi və yazılı nitq.
Nitq
— ən mühüm
ünsiyyət vasitəsi
olan dilin şifahi və yazılı təzahür forması,
informasiya ötürücü vasitə.
Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq
məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya
mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin
bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də
xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq
bir sıra parametrlərilə səciyyələnir.
Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə
əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir.
Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu
nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində
özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin
bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar
yoxdur.
Dostları ilə paylaş: