Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Məcaz – sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə – epitet,  təşbeh, metafor, metonimiya, simvola deyilir.  Mövzu 5



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   17   18   19   20   21   22   23   24   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Məcaz
– sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə – epitet, 
təşbeh, metafor, metonimiya, simvola deyilir. 
Mövzu 5:
Sosial şəbəkələrdə işgüzar kommunikasiya. 
İcmal:

1. Sosial şəbəkələrin işgüzar kommunikasiyada rolu.
2. Sosial şəbəkə yazışmalarının linqvistik tələb və göstəriciləri.
3. Nitqin düzgünlüyü və dəqiqliyinin qorunması şərti ilə yığcamlığına nail olmağın 
yolları.
4. Qısaltma və simvollardan istifadə.
5. Nitq etiketləri.
“Sosial şəbəkə” anlayışının özü hələ 1954-cü ildə yaranmışdır, mənası müasir 
mənasından uzaq anlamda idi. Ceyms Barnsın verdiyi tərifə görə “Sosial 
şəbəkə” – “sosial obyektlərdən (insan və ya təşkilatlardan) və onlar arasındakı 
əlaqələrdən (yəni, sosial qarşılıqlı münasibətlərdən) ibarət kəsişmə 
nöqtələrindən təşkil olunan sosial strukturdur”.
Bəsit dildə desək, sosial şəbəkə – öz aralarında tanış olan insan qrupudur. 
Müasir dünyada internet vasitəsi ilə əlaqə saxlamaq artıq gündəlik həyat normasına 
çevrilmişdir. 
Hazırda sosial şəbəkələrin sayı çoxalmaqdadır. 2008-ci ildən başlayaraq 
istifadəçilərə müxtəlif imkanlar təklif edən yeni növlər meydana gəldi. 


Bununla əlaqədar olaraq sosial şəbəkələri bir neçə təsnifat tipinə ayırmaq olar. Ən 
sadə təsnifat üsulu – tip üzrə təsnifatdır. Təklif etdikləri imkanlar baxımından bir 
neçə sosial şəbəkə qrupunu ayırd etmək olar: 
– Şəxsi ünsiyyət (Classmates.com)
– İşgüzar ünsiyyət (LinkedIn)
– Xəbərlər (Reddit)
– Video (YouTube)
– Audio (Last.fm)
– Foto (Flickr)
– Əyləncə (MySpace)
– Əlfəcin (Delicious)
– Bazarlıq (Groupon)
– Blogginq (Tumblr)

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin