Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Texniki üsulla hazırlanan sənədlərə verilən başlıca tələblər



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   41   42   43   44   45   46   47   48   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Texniki üsulla hazırlanan sənədlərə verilən başlıca tələblər. 
Müasir şəraitdə sənədlərlə işləri sürətləndirməkdən ötrü müxtəlif texniki
vasitələrdən istifadə olunur. Bura əsasən sənədlərin intervala yazılışı, miqyasının
təyini, sətirlənməsi və mətnləri üzərində işlərin operativ aparılması daxildir.
Azərbaycan Respublikasının «Dövlət dili haqqında» qanununa və «Müxtəlif
sahəli idarələrdə kargüzarlığın aparılmasına dair» təlimata əsaslanaraq sənədlərin
rəsmiləşdirilməsində qanunla və təlimatla nəzərdə tutulmuş qaydalara əməl
olunmalıdır. Sənədlərin mətni hazırlanarkən idarələrin, vəzifə adlarının və 
ixtisasların yazılışında müəyyən qaydalara riayət edilir.
Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası
standartın tələbinə uyğun surətdə həyata keçirilir. Sənədlər çap olunarkən aşağıda
göstərilən qədər sahələr saxlanılır:
- soldan – 25 mm;
-sağdan ən azı 8 mm;
-yuxarıdan -20 mm;


- aşağıdan:
- A4 formatlı kağızlar üçün- azı 19mm;
-A5 formatlı kağızlar üçün- azı 16mm.
- 9327-60 dövlətlərarası standartlar üzrə A5 formatlı sənədlərin mətni bir sətiarası
intervala, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası intervala,
qalan sənədlərin mətni isə bir yarım sətirarası intervala çap edilir.
Təşkilatın adında köməkçi sözlərdən başqa, bütün sözlərin və onların tərkibinə
daxil olan xüsusi isimlərin baş hərfi böyük yazılır (məsələn, Qadın Problemləri
üzrə Dövlət Komitəsi, ticarət-Sənaye Palatası və s.). təşkilatın struktur 
bölmələrinin adının yalnız ba hərfi böyük yazılır (məsələn, Azərbaycan 
Respublikası Dövlət Statistika Komitəsinin Apraratı).
Struktur bölmələrinin tərkibindəki ayrı-ayrı struktur vahidlərinin adı kiçik yazılır.
(Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Apraratının Əmək
statistikası şöbəsi). Rayon, şəhər icra hakimiyyəti orqanlarının adlarında bütün
sözlərin baş hərfi böyük yazılır (Nərimanov Rayon İcra Hakimiyyəti).
Böyük hərflə yazılması bilavasitə qanunvericilikdə nəzərdə tutulan vəzifələrin
adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş
naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.). İki və daha artıq səhifəsi 
olan sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir. Nömrələr ərəb 
rəqəmləri ilə yazılır.
Sənəd imzalanmazdan əvvəl redaktə edilməlidir. Bunu icraçı edir. Sənədlə 
bütünlükdə tanış olmadan onun redaktəsinə bmşlamaq məsləhət görülmür. Redaktə
zamanı sənədin mətni ixtisar edilə və ya ona əlavələr edilə bilər. Əlavələr kiçik 
olduqda sənədin kənarında. Böyük olduqda isə ayrıca vərəqdə edillə və ox işarələri
ilə göstərilə bilər. Redaktə edilmiş mətn yenidən çapa verilir. Korrektura, relaktə
olunmuş sənəddə tapılan səhvlərin düzəldilməsinə deyilir.Mətbəə üsulu ilə 
hazırlanan sənədlər xüsusi işarələrlə düzəldilir. Çoxaldılmış sənəddə səhv gedibsə,
nüsxələrin hamısı düzəldilməlidir və onlar yenidən hazırlanmalıdır. Təsdiq 
sənədlər təsdiq edildiyi vaxtdan etibarən hüquqi qüvvəyə malik olur.Bir qayda 
olaraq aşağıdakı sənəd növləri təsdiq edilir:
-əsasnamələr.
-nizamnamələr.
-struktur və ştat cədvəli.
-yoxlama xarakterli aktlar.
-işlərin qəbulu və təhvili aktları.
-ayrı-ayrı protokol növləri.
Əgər bir sənəd iki vədaha artıq eyni vəzifəyə malik olan şəxslər tərəfindən təsdiq
edilirsə, onda təsdiqetmə belə yazılır:
Təsdiq edirəm Təsdiq edirəm
Əmək və əhalinin sosial Malliyyə naziri.
Müdafiəsi naziri (adı,soyadı)
(adı vəsoyadı) 00.00.00 N
00.00.00 N
Əsilliyi xüsusi olaraq təsdiq edilməli olan sənədlərə imza qoyulmasından sonra


möhür vurulur.Təsdiq möhürü maddi-maliyyə xarakterli sənədlərə, arayışlara, 
vəsiqələrə, əsasnamələrə nizamnamələrə, əmək kitabçalarına, bəzı aktlara, habelə
lazımı hallarda başqa sənədlərə vurulur. Möhürün təsviri vəzifə adının və şəxsi
imzanın üstünü tamamlamalıdır. Bir qayda olaraq, sənədin birinci nüsxələri 
imzalanır. Sənədin imzalanmasında onu imza edən şəxsin vəzifəsi, adı, atasınınadı,
soyadı, şəxsin imzası və imza qrifi olmalıdır. Əgər sənəd blankda tərtib 
edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi natamam göstərilir. Əgər sənəd 
blankda blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam 
şəkildə göstərilir və onamöhür vurulur. Bəzi hallarda vəzifə səlahiyyətinə malik 
olan eyni idarədə işləyən bir neçə vəzifəli şəxs də imzalaya bilər.
Protokollar qərarlar və maliyyə sənədləri iki imza ilə rəsmiləşdirilir.Bu hallarda
imzalar şəxslərin tutduğu vəzifələrə uyğun olaraq ardıcıllıqla yazılır.Komisiyanın
tərtib etdiyi sənədlər imzalanarkən sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil, 
komisiya üzvləri arasında vəzifələrin bölgüsu aparılır.Əgər sənədi imzalamalı şəxs 
yoxdursa ,sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən 
imzalanmalıdır.Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi ,adı və soyadı
göstərilməlidir.Sənədi “əvəzinə”sözünü yazmaqla və ya vəzifəsinin adının 
qabaöına xətt çəkməkləimzalamaq qadağandır.
Hesabat, teleqram, xəbərdarlıq, töhmət, məqalə, reaklam, sosial şəbəkə mətnləri, 
anons, bildiriş
 
və s. sənədlərin xüsusiyyətləri. 
Hesabat, 
teleqram, 
xəbərdarlıq, 
töhmət, 
məqalə 
reaklam, 
sosial şəbəkə mətnləri 
anons 
Bildiriş 


teleqram, 






Məqalə 
Məcmuə, jurnal və yaqəzetdə kiçik elmi və ya publisistik yazı.Qəzet məqaləsi. 
Tənqidi məqalə. Baş məqalə. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin