Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   45   46   47   48   49   50   51   52   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

-
dinləyicilərin xoşuna gəlmək;
- onlara ağılsız görünərik, ən azı çox ağıllı görünmərik;
- onlar səhvlərimizə gülə bilərlər;
- onlar başa düşərlər ki, pis hazırlaşmışıq;
- onlara bizə qulaq asmaq cansıxıcı olar;
- onlar hesab edərələr ki, biz danışa bilmirik və özlərini buna uyğun 
apararlar;
- onlar başa düşərlər ki, biz əsəbləşirik.


Bütün bu qorxuları 
“mərhəmət səsi”
adlandırmaq olar. Bu səs həmişə bizdə 
yaşayır və bizim hər bir davranışımızı qəddarlıqla mühakimə edir. Əksər 
dinləyicilər heç də natiqin özünü mühakimə etdiyi kimi onu mühakimə etmirlər. 
Çox vaxt dinləyicilər neytral qalırlar. Əgər natiq öz nitqinə düzgün başlayırsa, 
dinləyicilərin dəstəyini qazanır və onlar onun sonrakı mümkün olan səhvlərinə 
hörmətlə yanaşırlar. 
Beləliklə, birinci olaraq natiq auditoriya ilə olan münasibətinə nəzarət etməlidir. 
Sistem
Hər şey sizin auditoriya ilə münasibətinizdən başlanır. Aşağıdakıları yaxşı yadda 
saxlamaq lazımdır: 
- dinləyicilər mənim tərəfimdədir, onları həmfikir olmayanlar hesab etmək 
olmaz;
- auditoriyaya mənim dediklərimə qulaq asmaq lazımdır;
- dinləyicilər mənə maraqlıdır və xoşdur;
- mən sevinirəm ki, belə maraqlı material hazırlamışam;
- mən əla hazırlaşmışam və çox gözəl formadayam;
- mən özümü sevirəm və görünüşümdən çox razıyam;
- mən başa düşürəm ki, maraqlı iş edirəm;
- qarşıdakı təqdimat məni sevindirir və məni maraqlandırır;
- mən çox yaxşı çıxış etmək istəyindəyəm. Dinləyicilər məni sevəcək!
Əgər natiq çıxışdan qabaq özünə qeyd olunanları inandıra bilsə, dinləyicilər həmişə 
onun tərəfində olacaq. Əgər qeyd olunanlardan hansısa buraxılıbsa və ya axıra 
qədər hiss olunmayıbsa, çıxış hələ başlamamışdan uğursuzluğa düçar olub. 
Bununla yanaşı natiqə əvvəlki uğurlu çıxışlarını xatırlaması da faydalıdır. Başlıca 
məsələ yaddaşda sevinc, qürur və inam hisslərini yaddaşda oyatmaqdır. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin