Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   47   48   49   50   51   52   53   54   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya


vizual 
(görmə)
 və kinestetik 
(toxunma və hərəkət). Yaxşı natiq öz çıxışında hər üç 
sistemdən isitfadə edir. 
Auditoriya sözə reaksiya verir. Obrazlı nitq və düzgün seçilmiş ton çox 
əhəmiyyətli rol oynayır. Peşəkar natiqlər nitqin düzgünlüyünə və dəqiq diksiyaya 
böyük diqqət yetirirlər. Yadda saxlayın ki, qrammatik səhvlərlə dolu olan nitq, 
kasib söz ehtiyatlı dinləyiciləri qıcıqlandırır və onlar çıxışın mövzusuna marağı 
itirirlər. 
Nitqi düzgün qurmaqla yanaşı prosesə vizual və kinestetik sistemləri də cəlb etmək 
lazımdır. Biz görüntü erasında yaşayırıq. İnsanlar təkcə eşitmək yox, həm də 
görmək istəyirlər. Belə deyim var ki, 
yüz dəfə eşitməkdənsə, bir dəfə görmək 
yaxşıdır
və bəzi hallarda bu həqiqətən də belədir. Bəzi adamlar gördüklərini, 
digərləri eşitdiklərini yadda yaxşı saxlayırlar. Vizual vasitələr müxtəlif ola bilər: 
plakatlar; cədvəllər; slaydlar; kompüter obrazları; videomateriallar; çap materialları 
(konspektlər, əlavə məlumatlar) (dinləyicilərə paylamaq üçün); filmlər; 
dinləyicilərin görə biləcəkləri istənilən illüstrasiyalar. 
Amma ən əhəmiyyətli əyani vasitə istənilən çıxışda 
Natiqdir, nitq söyləyən 
insandır!
Tədqiqatlar göstərir ki, insanda nöqteyi-nəzər müxtəlif təəssüratlar əsasında 
formalaşır. Rəyin 7%-i məlumatı eşitmə hesabına, çıxış edənin səsinin təəssüratları 
ilə 38%-i və görülənin əsasında 55%-i formalaşır. Beləliklə nitq və natiq haqqında 
təəssüratın 93%-i qeyri-verbal siqnalların (vokal və vizual) sayəsində yaranır və 
yalnız 7%-i sözlərin payına qalır. Lakin çıxışsız məlumat da olmaz. Hətta sözlər 
təəssüratların yaranmasında belə az rol oynasa da onların əhəmiyyətliliyini 
qiymətləndirməmək olmaz. 
SƏSİN ROLU. 
Əgər natiq ifadəli, isti, mehribanlıq tonunda danışırsa, əgər onun 
jestləri pozitiv və açıqdırsa (gülüş, xoş manera, əhəmiyyətli jestlərdən istifadə, 
təbii poza) auditoriya onun çıxışına pozitiv yanaşır. 
Səs çıxışın uğurunda olduqca əhəmiyyətli rol sadə hərəkətlərlə yaxşılaşdıra 
bilərsiniz. Onlardan 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin