Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   51   52   53   54   55   56   57   58   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

2. Təcrid olunma.
Sizin çıxışınıza gələn hər bir dinləyicinin öz şəxsi qayğıları və 
həyat çətinlikləri var. Çıxış zamanı onların hər birində öz fikirlərinə cəmlənmək 
istəyi yaranır. 
3. Düşünmə sürəti.
Orta insan dəqiqədə 700-1000 söz düşünmək və təxminən 
dəqiqədə 400 söz eşitmək qabiliyyətinə malik olur. Orta hesabla insan bir dəqiqədə 
140 söz deyə bilir. Odur ki, yadda saxlayın ki, siz danışanda auditoriya fikri olaraq 
sizi qabaqlayır və ya qulaq asır, eyni zamanda çoxlu başqa şeylər haqqında 
düşünür. Dünyanın ən çox ödənişli işgüzar çıxışlarını edən natiq 
Ziq Ziqlar
hər 
yarımdəqiqədən bir qeyri-adi bədən hərəkətləri edir ki, dinləyiciləri çıxışa diqqət 
etməyə qaytarsın. O, oturur və barmaqları üzərinə qalxır, səhnədə hərəkət edir. 
Bu olduqca maraqlı üsuldur. 


4. Səy etmək. 
Digər adama diqqətlə qulaq asmaq üçün səy etmək lazımdır. Çıxışa 
qulaq asarkən ürək döyüntüsü və nəfəs almalar intensivləşir. Əksər adamları belə 
vəziyyətdə uzun müddət saxlamaq çətin olur. 
5. İzafi səs-küy. 
Artıq səs-küyə diqqəti yayındıran istənilən növ səsləri (salonda və 
ya ondan kənarda) aid etmək olar. Amma bəzən əlavə səsi natiq özü yaradır, 
məsələn, eynəyini çıxarır və ya taqqıltı ilə tribuna üzərinə qoyur. Diqqəti 
yayındıran faktorlardan biri də natiqin ifrat parıltılı paltarı ola bilər. 
6. Eşitmə problemi. 
İnsanların təxminən yarısı eşitmə ilə müəyyən problemlərə 
malikdirlər. Aydındır ki, natiqin nə dediklərini anlamaq onlar üçün çətindir. İnsan 
eşitdiyini pis başa düşdükdə onun diqqəti yayınır. 
7. Natiq haqqında qabaqcadan yalnış məlumatda olma. 
Bəziləri çıxışa 
gəlməzdən əvvəldən əmin olurlar ki, natiqin dedikləri tamamilə yalnışdır. 
8. Aşkar üstünlüyün olmaması. 
Dinləyici başa düşə bilmir ki, dinlədikləri ona 
hansı faydanı verəcək. Natiq heç də həmişə öz çıxışının əhəmiyyətini izah edə 
bilmir. Eşidiləndən fayda aydın olmayanda və dumanlı olanda diqqət dərhal 
yayınır. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin