Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Akademik Yazının Quru u u və P an a dırı ması



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   76   77   78   79   80   81   82   83   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Akademik Yazının Quru u u və P an a dırı ması 
Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək
tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin,
bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür.
9Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr
daxil olur.
Titul Vərəqi 
• Titul vərəqi – qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə
yazılmalıdır.
• Qısa başlıq –yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50
hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir.
• Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər
şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir.


• İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti
Mündəricat 
– Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı
sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT
yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə
dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların
paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr.
Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər
bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları
dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən
yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun
diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını
neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını,
yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin