3.3. Peşə zəhərlənmələri və xəstəliklərinin təhqiqi və uçota alınması Peşə zəhərlənmələrinin təsiri nəticəsində işçilərdə peşə xəstəlikləri əmələ gəlir. Aşkara çıxarılmış bütün xroniki peşə xəstəlikləri və zəhərlənmələri təhqiq edilməlidir. Tibbi müəssisənin həkimi xəstə müraciət etdikdən sonra 24 saat ərzində xəstəlik və ya zəhərlənmə haqqında yerli sanitariya epidemiologiya stansiyasına (SES) məlumat göndərməlidir. Bu məlumata əsaslanaraq SES-nın həkimi, müəssisə müdiriyyətinin nümayəndəsi və həmkarlar ittifaqı komitəsinin nümayəndələri birlikdə hadisəni təhqiq edir və (164 saylı forma üzrə) təhqiqat aktı tərtib edir.