Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi



Yüklə 247,96 Kb.
səhifə21/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
3. İstehsalat riskindən müdafiə - təhlükəli işlərin görülməsində əmək şəraitinin pisləşməsinə səbəb olan təhlükəli fiziki amildir. Riskin dərəcəsi artdıqda təhlükə daha tez yarana bilir. Bunu nəzərə alaraq işəgötürənlər riskləri qiymətləndirməli, işçilərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün praktiki tədbirlər görməlidirlər. Risklərin qiymətləndirilməsi müvafiq təlim və təcrübə sahibi olan şəxs tərəfindən həyata keçirilməlidir. Fiziki və psixofizioloji amillərə dair cihaz və alətlər vardır ki, onlardan istifadə etməklə problemin həlli yollarını müəyyən etmək olar. İşçilərlə və onların nümayəndələri ilə danışaraq, onları riskin qiymətləndirilməsi prosesinə cəlb etmək və riski azaltmaq üçün nə edilməli olduğunu işçilərə izah etmək lazımdır. Risk qiymətləndirməsini bitirdikdən sonra üstünlük dərəcəsinə görə profilaktik tədbirlər siyahısını hazırlamaq, sonra da işçilər və onların nümayəndələrini prosesə cəlb etməklə müvafiq tədbirlər görmək lazımdır. Fəaliyyət tədbirlərdən ibarət olmalıdır (ilk növbədə baş verən xəsarəti və ya xəstəliyi dayandırmaq), amma hər hansı davamlı xəsarətin ciddiliyini azaltmaq üçün görülən tədbirlər də nəzərdən keçirilməlidir. Profilaktik tədbirlərin bir hissəsi kimi bütün işçilərin uyğun məlumat və təlim almasını təmin etmək lazımdır.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin