Onlardan mühafizə üsulları. Səs-küy ümumi bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş ağrılarına və əsəbiliyə səbəb olur. Ağır hallarda isə eşitmə qabiliyyətini azaldır və tədricən karlığa gətirib çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10 – 20 % aşağı düşür. Hesablama işlərində isə səhvlərin sayı 50%-ə çatır. Səs-küylü istehsalatda peşə xəstəlikləri 20 – 30 % -dən çox olur. Titrəyişin təsirində əllərin soyuması, keyləşməsi, yorğunluq, yuxusuzluq, qan təzyiqinin yüksəlməsi, ürək damarlarının spazması baş verir. Xəstəlik səmərəli müalicə olunmasa əlilliklə və bəzən ölümlə nəticələnir