Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi



Yüklə 247,96 Kb.
səhifə3/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   2   3   4   5   6   7   8   9   ...   58
İşçilərin təlimatlandırılması
Müəssisədə işə yeni qəbul edilən bütün işçilər, istehsalat təcrübəsinə göndərilmiş şagird və tələbələr təhlükəsizlik texnikasından giriş təlimatı keçməlidir. Giriş təlimatının müəssisənin təhlükəsizlik texnikası mühəndisi xüsusi proqram əsasında, mühazirə və ya söhbət yolu ilə aparılır.

İş yerində təlimat. Bu təlimatı bilavasitə iş rəhbəri (usta sahə rəisi) aparır. Bu təlimatı həmçinin bir iş yerindən digərinə keçirilərkən aparılır.

Təkrar təlimat. Əmək mühafizəsinin qayda və təlimatlarının mənimsənilməsini yoxlamaq və möhkəmlətmək məqsədilə təkrar təlimat keçirilir. Bu təlimatı azı üç ayda bir dəfə keçirilir.

Növbədənkənar təlimat aşağıdakı hallarda aparılır. Əmək mühafizəsi qaydaları dəyişdikdə, iş yerində yeni avadanlıq tətbiq olunduqda, bədbəxt hadisə baş verdikdə.

Cari təlimat. Bu təlimatlar üzrə naryadı tələb edən işlərə göndərilən fəhlələrlə keçirilir.

Müəssisələrin ayrı – ayrı bölmələrində əmək mühafizəsinin vəziyyətini qiymətləndirmək üçün əmək mühafizəsinin səviyyəsi əmsalından KƏM istifadə edilir. Bu əmsal, aşağıdakı digər üç əmsalın orta riyazi cəmindən ibarətdir.

1. İşçilərin əmək mühafizəsi qaydalarına əməl etmə səviyyəsini göstərən əmsal;

2. Texniki təhlükəsizlik əmsalı;

3. Əmək mühafizəsi üzrə planlaşdırılması işin yerinə yetirilmə əmsalı.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin