Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


Elektromaqnit şüalanmaları və onlardan mühafizə



Yüklə 247,96 Kb.
səhifə37/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   33   34   35   36   37   38   39   40   ...   58
Elektromaqnit şüalanmaları və onlardan mühafizə
Elektromaqnit dalğalarının enerjisindən istifadə edən sənaye sistemlərinin tətbiqi (məsələn, müxtəlif materialların termik emalında, radio və televiziya verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur. Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.

Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-ayrı elementləri, transformatorlar, antenalar, yüksək gərginlikli elektrik xətləri, mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.

Aşağı tezlikli (0,003 Hs…30 khs) elektrik sahəsinin uzun müddətli təsirindən insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional dəyişikliklər əmələ gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın tərkibi dəyişir.

Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və aritmiya effektləri ilə əlaqədardır.

İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi istiliyə çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və bütünlüklə bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.

Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır və ən güclü təsir ifrat yüksək tezlikli (300 MHs…300 QHs) diapazonlarında yaranır. Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma və üzvlərdə morfoloji dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici görünüşünü dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma, hüceyrələrin strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər periferik və mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur. Bu cəhətdən desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.

Görmə üzvlərinin morfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır, bu dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də aşağı intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu şüalanmalar gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir.

Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə təzahür edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi də mümkündür.

Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional dəyişikliklər orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə və əmək şəraiti yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur. Elektromaqnit şüalanmaların gərginliyi və enerji axınının sıxlığı buraxılabilən hədlərdən yüksək olduqda xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı vasitələrdən və üsullardan istifadə edilməlidir.

Qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması;



  • iş yerinin ekranlaşdırılması

  • iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması;

  • elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında əlverişli yerləşdirilməsi;

  • əlverişli iş rejimlərinin təyin edilməsi;

  • xəbərdaredici siqnalizasiyanın tətbiqi;

  • fərdi mühafizə vasitələrinin tətbiqi.

Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin ən səmərəli və çox yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik keçiriciliyi yaxşı materiallardan (mis, latun, alüminium və onun ərintiləri, polad) hazırlanır.

Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal tordan ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir.

Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon, mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş paltarından istifadə edərkən elektrik təhlükəsizliyi tədbirlərinə ciddi riayət edilməlidir.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin