1.2.Əmək fəaliyyətinin hüquqi və təşkilatı əsasları
Əmək müqaviləsi – fəhlə və qulluqçu ilə müəssisə, idarə təşkilatlar arasında başlanan sazişdir. Bu sazişə görə fəhlə və qulluqçu müəyyən iş görməyi öhdəsinə götürür, müəssisə isə onlara əmək haqqı verməyi və şəraitini təmin etməyi öhdəsinə götürür.
İş vaxtının müddəti həftədə 41 saatdan çox ola bilməz, əsasən 36 saat nəzərdə tutulur. 16 yaşından 18 yaşınadək 36 saat, 15 yaşından 16 yaşınadək olan şəxslər üçün 24 saat müəyyən olunmuşdur.11 ay fasiləsiz işləyən işçilərə 15-24 gün məzuniyyət nəzərdə tutulur. Yaşı 18-dən az olanlar üçün isə 30 gün məzuniyyət hüququ verilir.
Fəhlə və qulluqçuların iş vaxtından artıq işlərə cəlb edilməsinə, bir qayda olaraq yol verilmir.
Əmək intizamının pozulmasına görə müəssisənin müdiriyyəti müvafiq intizam tənbehləri tətbiq edir, məsələn töhmət, şiddətli töhmət, üç ay müddətinədək azmaaşlı işə və ya aşağı vəzifəyə keçirilmə, işdən çıxarılma.
Qadınların əməyi. Qadın orqanizminin xüsusiyyətlərini nəzərə alaraq işləyən qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Ağır və əmək şəraiti zəhərli olan işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadınların 20 kq – dan ağır əşyaları daşıması qadağan edilir.
Əmək mühafizəsi. Əmək mühafizəsi tələblərinə uyğun olmayan heç bir müəssisə, sex, sahə, istehsalatı istifadəyə verilə bilməz. Mürəkkəb maşın və mexanizmlərə xidmət etməyə, eləcə də mürəkkəb və təhlükəli işlər görməyə yalnız təhlükəsizlik texanikasından imtahan vermiş fəhlələr buraxılır.
Dostları ilə paylaş: |