Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi



Yüklə 247,96 Kb.
səhifə41/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
YANĞININ NÖVLƏRİ

“A” sinfi- yanan bərk maddələr: (kömür, tekstil, plastik, ağac, kağız, məişət tullantıları və s.)

“B” sinfi - yanan mayelər (neft və neft məhsulları, parafin, stearin, spirt, qliserin)

“C” sinfi-yanan qazlar:(məişət qazı, propan, butan)

“D” sinfi- yanan metallar: Yüngül metalların yanması. (qələvi tərkibli alüminium, manqan və onların ərintiləri istisna olmaqla)

“E” sinfi- yanan elektrik qurğuları.

“F” sinfi- radioaktiv materialların və onların tullantılarının yanması.


YANĞIN TƏHLÜKƏSİZLİYİNİN ƏSAS TƏLƏBLƏRİ
Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarını bilməyə və ona ciddi əməl etməyə borcludur.Yanğının baş vermə səbəbləri olduqca müxtəlifdir. Yanğınların çoxu istilik qurğularının düzgün quraşdırılmaması və yaxud da nasazlıqdan baş verir.

Bütün işçilər yanğınların əsas səbəbləri, onların qarşısının alınma üsulları və onların ləğv olunma vasitələrini bilməlidir.



1. Yanan əşyaları alışma temperaturundan aşağı temperaturla soyutmaq.

2. Yanan əşyaları hava daxil olmasından izolyasiya etmək (üz örtüyü, brezent, ədyal və s. yanan əşyaların örtülməsi)

3. Yanan əşyaları yanma zonasından uzaqlaşdırmaq.

Yanğın vaxtı cəld, bacarıqlı, təmkinli hərəkət etmək çox vacibdir. Yanğının qarşısını almaq üçün hər şeydən əvvəl yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək lazımdır. Yanğın çox vaxt elektrik cərəyanından qısa qapanmadan yaxud elektrik naqillərinin izolyasiyasının zədələnməsi nəticəsində baş verir. Ona görə də diqqət verilməlidir ki, naqillərə su düşməsin. Əgər naqillərə su düşərsə naqilin izolyasiyasının pozulması nəticəsində qısa qapanma baş verə bilər. Naqilin yanması baş verən zaman birinci növbədə elektrik avtomatını (rubilnik) söndürmək, xətti gərginlikdən azad etmək və yanğın söndürənləri çağırmaq lazımdır. Gərginlik altında olan elektrik naqillərinin heç vaxt su ilə və yaxud köpüklü odsöndürənlərlə söndürmək olmaz. Bu vaxt su yaxşı cərəyan keçiricisi olduğundan elektrikdən zədələnmə baş verə bilər. Elektrik naqillərindəki yanğını ancaq karbon turşusu, odsöndürənlərlə, qumla söndürmək lazımdır. Siqaret çəkməyə ancaq xüsusi ayrılmış təhlükəsiz yerlərdə icazə verilir. Yanğınsöndürmə şitlərinə, odsöndürənlərə, gidrantlara və su ilə dolu çənlərə gedən yollar material, məmulat və s. ilə doldurulmamalıdır.




Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin