İşəgötürənin vəzifəli şəxsi _______Əsgərov Mehdi Əziz oğlu__________________________________
(imza, adı, soyadı)
Əmək şəraiti və əmək təhlükəsizliyi
İstehsalatda zədələnmələr və peşə xəstəlikləri
İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində alınmış zədə istehsal travması və ya bədbəxt hadisə adlanır.
Müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik peşə xəstəliyi adlanır.
3.1. İstehsalat travmaları və peşə xəstəliklərinin səbəblərini dörd qrupa ayırmaq olar:
1. Texniki səbəblər – alət, maşın və avadanlıqların nasaz olması, qoruyucu qurğuların, siqnal və bloklama vasitələrinin qeyri mükəmməl olması, texnoloji proseslərə əməl edilməməsi;
2. Təşkilatı səbəblər - ərazinin, yol və keçidlərin qaydada saxlanılması, iş yerinin təşkilindəki nöqsanlar, iş yerində və anbarda yığılma qaydalarının pozulması, təhlükəsiz əmək üsullarının fəhlələrə lazımı qədər öyrədilməsi və s.
3. Sanitariya – gigiyena səbəbləri – əlverişsiz işıqlandırma, səs-küy və titrəyişlər, qeyri normal meteoroloji şəraiti və s.
4. Psixofizioloji səbəblər – şərti olaraq işçinin bütün fiziki və zehni gərginlikləri aid edilir, məsələn yorğunluq, diqqətsizlik, yaddaşın zəifliyi, spirtli içkilər və s.
“İstehsalatda bədbəxt hadisələrin tədqiqi və uçota haqqında” əsasnaməyə əsasən gün ərzində istehsalatda və ondan kənarda müdiriyyətin tapşırığını yerinə yetirərkən fəhlə və qulluqçuları iş yerinə apararkən və həmin təşkilatın nəqliyyatında geri qayıdarkən fəhlə və qulluqçularla əlaqədar olan bütün bədbəxt hadisələr araşdırılır.
İstehsalatda zədələnmənin səviyyəsini qiymətləndirmək üçün aşağıdakı əmsallardan istifadə edilir.
3.2. Tezlik əmsalı hesabat dövründə hər 1000 nəfər işçiyə düşən bədbəxt hadisələrin sayını göstərir:
KT = A/B ×1000
Ağırlıq əmsalı hər bir bədbəxt hadisəyə düşən itirilmiş iş günlərinin orta sayını göstərir:
KA = V/A
Burada A – hesabat dövründə uçota (qeydə) alınan bədbəxt hadisələrin sayı;
B – hesabat dövründə işçilərin orta hesabi sayı;
V – həmin bədbəxt hadisələrdə itirilmiş iş günlərinin ümumi sayı.
İstehsalat zədələnmələri və peşə xəstəliklərinin səbəbləri aşağıdakı üsullarla təhlil edilir:
1. Statistik üsulda müəssisə və ya sənayenin hər hansı bir sahəsində zədələnmələr haqqında bir neçə il ərzində toplanmış statistika materialı tədqiq edilir;
2. Qrup üsulunda zədələnmələr ayrı-ayrı cəhətlərinə görə, məsələn zərərçəkmiş şəxslərin yaşına, iхtisas dərəcəsinə, peşəsinə, işlərin növünə və s. görə qruplaşdırılaraq təhlil edilir;
3. Topoqrafiq üsulda bədbəxt hadisələr sex və ya sahədə avadanlığın yerləşmə planında şərti işarələrlə müntəzəm qeydə alınır;
4. Texniki üsul istehsalatdakı əlverişsiz amillərin təhlükəlilik dərəcələrini təyin etmək lazım gəldikdə tətbiq edilir;
5. Erqonomik üsul insan – maşın – istehsal mühiti sisteminin kompleks halda öyrənilməsinə əsaslanır;
6. İqtisadi üsul zədələnmələrin iqtisadi ziyanını təyin etməkdən ibarətdir;
7. Psixofizioloji təhlil üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial səbəbləri birlikdə öyrənir;
8. Monoqrafik üsulda bədbəxt hadisə baş verdiyi yerdə əmək prosesləri və texnoloji prosesləri, avadanlıq, fərdi mühafizə vasitələri, sanitar-gigiyena və s. birlikdə tədqiq olunur.
İstehsalatda bədbəxt hadisələr haqqında bağlanan İZ formalı aktların araşdırılması göstərir ki, son illər ərzində texniki və sanitariya-gigiyena səbəblərdən baş verən bədbəxt hadisələrin sayı azalır. Bu elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə izah olunur.
Məlum olduğu kimi, zərərlərin təxminən 70%-i təşkilatı və şəxsi səbəblərdən, 14% - i təhlükəsizlik qaydalarına riayət olunmamasından, 13%-i ehtiyatsızlıqdan mühafizə vasitələrindən qeyri-düzgün istifadə edilməsindən, 11%-i icazə olmadan işin yerinə yetirilməsi və təhlükəli sahədə yerləşmələri ucbatından baş vermişdir. Tədqiqatlar göstərir ki, kollektivdə psixoloji iqlimin sağlamlığı, işçilərin sabit emosional vəziyyəti təhlükəsizliyin təmin edilməsində əsas şərtlərdən biridir.
Dostları ilə paylaş: |