Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


Səs – fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət dalğasına deyilir. Küy



Yüklə 247,96 Kb.
səhifə29/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
Səsfiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət dalğasına deyilir. Küy – səslərin müxtəlif amplituda və tezlikdə titrəyişindən əmələ gəlir.

Səs-küy bir neçə qrupa bölünür:

mexaniki səs – ayrı-ayrı detalların və dəzgahların silkəkələnməsindən, zərbəsindən əmələ gəlir.

aerodinamik səslər- qazların sızması və axması zamanı əmələ gəlir.

Hidrodinamik səslər- suyun və başqa mayelərin hərəkəti zamanı əmələ gəlir.

Elektromaqnit səslər- dəyişkən elektromaqnit qüvvələrinin elektromexaniki qurğulara təsirindən əmələ gəlir. Rabitə təşkilatlarında səs-küy elektrik maşınlarının, transformatorların, teleqraf operatorlarının işləməsi zamanı əmələ gəlir və s.

İnsan qulağı 16 Hs – 20000 Hs qədər olan səsləri qəbul etmək iqtidarındadır.

16 Hs-dən aşağı olan səslər infra səslər, 20000 Hs-dən yuxarı olan səslər isə ultra səslər adlanır. Bu səslər eşidilməsə də, insan orqanizminə böyük ziyan vurur. Səs-küy insanın eşitmə orqanlarına pis təsir edir. Həmişə səs-küydə işləyən insanlar karlıq həddinə çatır. 80 dB səs-küyün uzunmüddətli təsirindən qismən karlıq, 100-156 dB səs-küyün qısamüddətli təsirindən müvəqqəti karlıq yaranır. 150 səs-küyün qısamüddətli təsirinə belə insan dözmür, qu-laqlarda mexaniki zədələr və həmişəlik karlıq baş verir. 180 dB səs şiddəti bütün canlıları öldürür, metallarda yorğunluq əmələ gətirir. 190 dB səs pərçimləri qopardır, metal lövhələri dağıdır, qaynaq tikişlərində əyilmə, bükülmə yaradır. Bundan başqa səs-küy insanın əsəb sisteminin pozulmasına, ürək-damar sisteminə, qan təzyiqinin dəyişməsinə, göz bəbəklərinin böyüməsinə səbəb olur. Səs-küy nə qədər çox olarsa, insan orqanizminə bir o qədər ziyandır. 120-130 dB-dən yüksək olan səslər orqanizm üçün ağrılar gətirir.

Səs-küyün qarşısını almaq üçün onların yarandığı mənbələrdəki səsləri və səsləri yaradan maşın və mexanizmlərin istehsalı zamanı təkmilləşdirmə üsulları ilə azaldılır.

Zərbəli mexanizmlər zərbəsiz mexanizmlərlə əvəz olunur. Aerodinamik səslərin azaldılması üçün səsboğanlardan istifadə olunur. Əgər səs mənbələrindəki səsləri başqa bu kimi üsullarla azaltmaq mümkün deyilsə, o zaman həmin mənbələr səs uducu materiallarla izolyasiya olunur.

1. Çoxsəsli mənbələr texnologiyası az səslilərlə əvəz olunmalıdır.

2. Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunmaq üçün kompleks tədbirlərin görülməsi.

3. Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi.

4. Yaşayış tikintilərində arxitektura planlaşdırma işləri.

5. Yeni akustik texnologiyanın tətbiqi.

Vibrasiya (latınca”vibratio” - rəqs, titrəyiş deməkdir) müxtəlif formalı elastik üzlüklərin mexaniki rəqsidir. Titrəyişlər vibroqraflarla ölçülür.

Titrəyişin bioloji təsiri onun tezliyindən asılıdır. Titrəyişlər sümüklərdə, oynaqlarda dəyişikliklər əmələ gətirir, sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, vibrasiya xəstəliyinə səbəb olur.

Titrəyişlərin ayağa təsirini azaltmaq üçün xüsusi vibro ayaqqabılardan istifadə edilir.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin