Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


MÖVZU 10. YANĞINDAN MÜHAFİZƏNİN TƏŞKİLİ



Yüklə 247,96 Kb.
səhifə40/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
MÖVZU 10. YANĞINDAN MÜHAFİZƏNİN TƏŞKİLİ
Yanğınlar olduqca böyük maddi ziyan vurmaqla bərabər bir çox hallarda insan tələfatı ilə də müşayiət edilir. Məhz buna görə də yanğınlardan qorunma cəmiyyətin hər bir üzvünün vətəndaş borcu olması ilə bərabər bu iş ümumdövlət səviyyəsində də aparılır.

Yanğına qarşı mühafizə işi yanğınların xəbərdar edilməsində və onların az məsrəf və itki ilə daha təsirli, iqtisadi cəhətdən məqsədəuyğun və texniki əsaslandırılmış üsul və vasitələrin axtarıb tapılması, yanğınsöndürmə qüvvə və texniki vasitələrin daha səmərəli istifadəsi məqsədi daşıyır.

Hər hansı bir obyektin yanğın təhlükəsizliyi bu obyektin vəziyyətindən, burada yanğın çıxmasının mümkünsüzlüyündən, yanğın baş verdikdə isə onun insanlara, tikililərə və maddi sərvətlərə qarşı neqativ faktorlarının qarşısının alınmasında zəruri tədbirlərin vaxtlı - vaxtında görülməsindən irəli gəlir.

Heç şübhəsiz ki, obyektin yanğın təhlükəsizliyi yanğın profilaktikası və fəal yanğın mühafizəsi ölçüləri ilə təmin edilə bilər. Yanğın profilaktikası yanğının öncədən xəbərdar edilməsinə və yanğının mənfi nəticələrinin azaldılmasına yönəldilən tədbirlər kompleksidir.

Qeyd etmək lazımdır ki, yanğın xüsusi ocaqdan aralı baş verən və insan tərəfindən nəzarət edilməyən bir alışmadır. Bunun nəticəsində insanların kütləvi halda zədələnməsi və hətta tələfatı, ekoloji, maddi və digər ziyanlar baş verə bilər.Yadda saxlamaq lazımdır ki, yanğının baş verməsində üç amil iştirak edir: yanar maddənin olması, oksidləşdirici maddə və yanma mənbəyi. Bundan başqa yanmanın baş tutması üçün yanan maddənin müəyyən hərarətə çatdırılması və oksidləşdirici ilə müəyyən miqdar nisbətində olması da şərtdir. Yanma zamanı kimyəvi reaksiyanın özü-özünə sürətlənməsinin üçü əsas növü bəllidir: istilik, zəncirvari və zəncirvari-istilik. Yanğın təhlükəsizliyinin əsas göstəricisi isə özü-özünə alışmanın hərarəti və alışmanın təmərgüzləşməsi həddləridir.

Özü-özünə alışma hərarəti maddənin minimal hərarətini xarakterizə edir ki, bu zaman ekzotermik reaksiyaların alovlu yanma ilə nəticələnən sürətinin kəskin artması baş verir.

Alışma mənbəyi yığışdırıldıqda belə müstəqil yanmaya davam edən maddələr yanar maddələr adlandırılır. Yanma dərəcəsinə görə maddələr yanar, çətin yanan və yanmayan olur. Müxtəlif istehsalatlarda bu amillər olduqca mühüm əhəmiyyət kəsb etdiyindən onlara xüsusi diqqət yetirilməlidir. Bəllidir ki, müəssisə və istehsalat sahələrində baş verən yanğınlar xalq təsərrüfatına ciddi maddi ziyan vurur. Yanğınların baş verməsinə əsas səbəblər isə aşağıdakılardır:

- Yanğına qarşı aşağı mühafizəli cihaz və avadanlıqdan istifadə qaydalarının pozulması;

- Tikintidə yanğın təhlükəsizliyinə cavab verməyən materialların istifadəsi;

- Xalq təsərrüfatı obyektlərində və yanğın mühafizəsi bölmələrində odla təsirli mübarizə vasitələrinin olmaması.

Bundan başqa, hər bir istehsalat obyektinin spesifik xüsusiyyətləri nəzərə alınaraq yanğın təhlükəsizliyi tədbirləri görülməli, istehsalat ərazisi yanğından qorunmalıdır. Məsələn, yüksək yanğın təhlükəliliyi ilə seçilən avtonəqliyyat müəssisələrində bu nöqsanlar aşağıdakılar ola bilər:

- Termik və qazan sobaların qeyri-düzgün qurulması;

- Qızdırıcı cihazların nasazlığı;

- Elektrik və işıqlandırılma avadanlıqlarının nasazlığı və qeyri-düzgün istismarı;

- Sürtgü və silmə materialların qeyri-düzgün saxlanması nəticəsində özü-özünə alışması;

- Statik cərəyanın olması və ildırımötürücünün olmaması;

- Odla ehtiyatsız davranma, yanğın qurğularına və istehsalat avadanlığına yarıtmaz nəzarət.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin