Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə1/50
tarix06.12.2022
ölçüsü248,44 Kb.
#120553
  1   2   3   4   5   6   7   8   9   ...   50
referat 3332


Mövzu 1: Fənnin predmeti və vəzifələri
Plan:

    1. Korporativ idarəetmə anlayışı

    2. Korporasiyalarda idarəetmənin təşkili

    3. Korporativ idarəetmənin korporativ menecmentdən fərqi

    4. Korporativ idarəetmənin genezisi

1.1. Korporativ idarəetmə - biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulmasıdır (yaradılmasıdır). Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: “Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür”. Korporativ idarəetmənin başlıca funksiyası - mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır. Korporativ idarəetmə problemi bir çox tədqiqarçıları maraqlandırmışdır. Onun ayrıca tədqiqat sahəsi kimi araşdırılmasında A. Berli və Q. Mniza böyük rol oynamışlar. Özlərinin «Müasir korporasiya və xüsusi mülkiyyət» (1931-ci il) kitabında onlar ilk dəfə nəzarətin mülkiyyətdən ayrılması probleminin detallarıyla öyrənmişlər. Qeyd etmək lazımdır ki, korporativ idarəetmə mülkiyyətin idarəetmədən dəqiq ayrılması baş verdiyi zaman mümkün olmuşdur. Ümumiyyətlə, korporativ idarəetmə üzrə tədqiqatlar iri strukturların təkamülünü əks etdirirdi, bu isə, iqtisadçıların qeyd olunan problemə diqqətinin 80-ci illərdə - kütləvi udulma və qovuşmalar, hüquqi sistemlərdə sosial-orientasiya normalarına tendensiyalar illərində daha da artmasını şərtləndirmişdir. 1.2. Korporativ idarəetmənin mahiyyəti - korporativ idarəetmənin başlıca kriteriyası olan korporasiyanın fəaliyyətinin maksimal səmərəliliyinə nail olunması üçün korporativ idarəetmə tsiklininin reallaşdırılmasındadır. Hal-hazırda qərb alimləri tərəfindən firmanın idarə olunmasının 4 mərhələdən ibarət tsikli təklif olunur. (Şəkil 1.1.)



Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin