Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə6/50
tarix06.12.2022
ölçüsü248,44 Kb.
#120553
1   2   3   4   5   6   7   8   9   ...   50
referat 3332

Firmanın nəzəriyyəsi. Təsərrüfat subyektini amillərin yığımı kimi nəzərdən keçirir:
y = f (K, L)
Təsərrüfat subyektinin daxili təşkilati strukturu və xarici mühitini əks etdirən təşkilat şəklində klassik mənası mövcud deyildir. Buna görə də xarici mal satanlar, hüquqi reqlament və siyasi mühitin təsiri olmadan təşkilatın qapalı sistemi güman edilir. Bir qayda olaraq, xarici borcların alınmasını daxil edən təsərrüfat subyektlərinin maliyyələşməsi prosesi aradan qaldırılır. İkinci Dünya müharibəsindən sonrakı dövr ərzində korporasiyaların mexanistik konsepsiyası dağıdıldı (tənəzzülə uğradı). Bu mərhələ korporasiyanın “orqanizm” kimi qəbul olunması ilə xarakterizə olunmağa başladı. Firmaların sayının artması rəqabət və konsentrasiya kimi hüquqi prosesləri meydana gətirdi. Həmin dövr üçün korporasiyaların başlıca məqsədini 2 vacib məsələ - sıxışdırıb çıxartma və yüksəlik (artım, inkişaf) təşkil edirdi. İstehsal və idarəetmənin keyfiyyəti xarakteristikalarının gücləndirilməsi səbəbindən gəlir əldə olunması ikinci plana keçir. Hesab olunurdu ki, korporasiya- mürəkkəb strukturdu, onun fəaliyyətinin müvəfəqiyyəti (uğurları) və uğursuzluqları onun daxili strukturunda əks olunur. Xarici mühit və onun təsiri isə nəzərə alınmırdı. Qeyd olunan mərhələ aşağıdakı şərtlərlə xarakterizə olunur:

  1. Əməyin texniki mahiyyətinin çətinləşməsi işçilərin təhsil səviyyəsinin nəzərə çarpacaq yüksəlişinə səbəb oldu.

  2. İşə götürmələrin işçilərdən asılılığı yüksəlir, işçilərin idarə olunması mexanizmləri mükəmməlləşir.

Bu mərhələyə korporativ idarəetmənin aşağıdakı nəzəri teoretik əsasları uyğun gəlir:
Transaksion (transsəhmdar) xərclər nəzəriyyəsi. Bu xarici müqavilələrin yerinə yetirilməsinin təmin olunması üzrə xərclərdir (aşkar və qeyri-aşkar xərclər). Transaksion xərclər kimi işgüzar tərəfdaşların axtarışına sərf olunan vaxtı, pul qiymətləndirilməsini, eləcə də, danışıqların aparılmasına, müqavilələrin imzalanmasına müvafiq olaraq həmin müqavilələrin yerinə yetirilməsinin təmin olunmasını daxil etməklə işgüzar əməliyyatların aparılması xərcləri daxil edilir. Trasnssəhmdar xərclər əsasən aşağıdakı hallarda yüksək olur:

  • Unikal (nadir) məhsul istehsalında.

  • Qeyri - müəyyən tələb və ehtimal olunmayan qiymət hərəkəti olan bazarda.

  • Bazarda informasiya assimetriyası halında.

Transsəhmdar xərclərin azalması təşkilatların (müəssisələrin) inteqrasiyası vasitəsilə mümkün ola bilər.

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin