Mövzu 1: Fənnin predmeti və vəzifələri


şəffaflıq: müəssisə vaxtı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır; hesabat vermə



Yüklə 248,44 Kb.
səhifə21/50
tarix06.12.2022
ölçüsü248,44 Kb.
#120553
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
referat 3332

şəffaflıq: müəssisə vaxtı-vaxtında öz maliyyə vəziyyəti barəsində tam və düzgün məlumatı ictimaiyyətə açıqlamalıdır;

  • hesabat vermə: müəssisənin menecerləri müəssisənin sahiblərinə və ya onlar tərəfindən təyin olunan menecerlərə və auditorlara hesabat verməlidirlər.

  • məsuliyyət: müəssisə cəmiyyətdəki qanunlara və etik normalara əməl etməlidir.

    Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir. Bu sistemin tətbiqi şirkətlərdə şəffaflığı təmin etməklə şirkətlərin beynəlxalq nüfuzunu artırır, investisiyaların cəlb olunmasını asanlaşdırır, cəlb olunan kapital üzrə xərcləri azaldır. Bununla belə, korporativ idarəetmə sadəcə prosedur və qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: “öz maraqlarını digərlərinin maraqlarında görmək bacarığıdır”. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq miqyasda rəqabət qabiliyyətliyini artırması, idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməsi, ölkənin investisiya cəlbediciliyini artırılması istiqamətində aparılan dövlət siyasətini daha səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları yaradılır. İnvestisiya cəlb etmək istəyən hər bir şirkət ilk əvvəl biznesin şəffaflığı nöqteyi-nəzərindən potensial səhmdarların gözləntilərinə cavab verməlidir. Bu sahədə istiqamətləndirici vasitə kimi müxtəlif ölkələrin korporativ qanunvericilikləri çərçivəsində hazırlanmış standartlar, həmçinin müxtəlif məcəllə və tövsiyələr çıxış edir.İnvestorlar üçün investisiya qoyuluşu barədə qərarların qəbul edilməsində əsas istiqamətləndirici vasitə şirkətdə korporativ idarəetmənin vəziyyətinin qiymətləndirilməsidir. Bunu nəzərə alaraq, şirkət özünün korporativ idarəetmə üzrə reytinqini müəyyən etmək üçün müvafiq qurumlarla əməkdaşlıq edir. Bu əməkdaşlıq ondan ibarətdir ki, şirkət və aidiyyəti qurum arasında bağlanmış müqavilə əsasında qiymətləndirmə meyarlarına uyğun olaraq şirkətin korporativ idarəetmə standartlarına riayət etmə dərəcəsi müəyyən olunur. Şirkətlər fəaliyyət göstərdikləri müddət ərzində səhmdarların (investorların) və digər maraqlı şəxslərin hüquqlarına təsir edə bilən qərarlar qəbul edir və tədbirlər həyata keçirirlər. Bunlara ümumilikdə korporativ hərəkətlər deyilir. Korporativ hərəkətlər hüquqi şəxslər tərəfindən fəaliyyətdə olduqları dövrdə həyata keçirilən, bu şəxslərin hüquqi şəxs kimi statusunu müəyyən edən, nizamnamə kapitalını və idarəetmə orqanlarını formalaşdıran, habelə digər şəxslərin onların nizamnamə kapitalında və idarəetmə orqanlarında iştirakı ilə bağlı tədbirləri nəzərdə tutur.

    Yüklə 248,44 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   50




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin