e) Sağlamlığın qorunması, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi. İnsanın həyatı və sağlamlığı iqtisadi nəticələrdən üstündür. Bu istiqamətdə:
1. Şirkət öz əməkdaşlarının və onların ailə üzvlərinin sağlamlığının mühafizəsinə yönəldilmiş hərəkətləri təşviq edir.
2. Qəzaların azaldılması, həyat və sağlamlığa zərər vuran halların qarşısının alınmasına yönəlmiş tədbirlər keçirir.
3. Mütəmadi olaraq sağlamlığın qorunması, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlər keçirir.
4. Əməyin və ekologiyanın mühafizəsi sistemini təkmilləşdirir.
5. İnsan və ətraf mühit üçün zərərsiz texnologiyalar tətbiq edir.
6. Şirkət əməkdaşlarını şirkətin fəaliyyəti ilə bağlı risklər, onların və digər şəxslərin həyat və sağlamlığına təsir edən amillər barədə məlumatlandırır.
III. Məcəllənin icrası. Bu Məcəllə Şirkətin hər bir əməkdaşına şamil edilir. İşə qəbul olunan hər bir əməkdaş bu Məcəllə ilə tanış edilir və onun müddəalarının gündəlik həyatda tətbiq edilməsi məqsədilə təlimatlandırılır. Bu məqsədlə şirkətdə korporativ etika üzrə təlimat kursu işlənib hazırlanır.
Əgər əməkdaş öz hərəkətlərinin, həmkarlarının hərəkətlərinin bu Məcəllənin müddəalarına uyğun olmadığı barədə qərara gəldikdə o, özünün bilavasitə tabe olduğu şəxslərə bu barədə məlumat verir. Məlumat məxfi saxlanılır. Rəhbər şəxs məlumat barədə qərar qəbul edir və ya bu barədə şirkətin aidiyyəti qurumlarına qərar qəbul etmək üçün müraciət edir. Qəbul edilmiş qərar haqqında əməkdaşa məlumat verilir.
Mövzu 11. Korporativ idarəetmədə informasiya texnologiyaları sisteminin təşkili və əsas standartları Plan: 1. Korporativ idarəetmədə informasiyanın açıqlanması sistemi. 2. Korporativ idarəetmədə emissiya mərhələlərində informasiyanın açıqlanması. 3. Korporativ idarəetmədə internet vasitəsi ilə informasiyanın açıqlanması. 4. Korporativ idarəetmədə informasiyanın açıqlanması sistemində illik hesabat və onun mahiyyəti. 1. İnformasiyanın nəşr edilməsinin nəzərdə tutduğu məqsədlər - səhmdarların hüquqlarının müdafiyyəsi və eyni zamanda, qiymətli kağızlar bazarında qiymətəmələgəlmənin ədalətliyidir. İnformasiyanın tam nəşr edilməsi aşağıdakılara imkan verir: investora kifayət edici informasiyanın olmaması halında qarşılaşdığı qeyri - müəyyənlik və risklərə görə investorlara ayrılan mükafat məbləğinin kənarlaşdırılması hesabına kapitalın cəlb edilməsini azaltmağa imkan verir. Bu məqsədlərin reallaşdırılması üçün kompaniya tərəfindən nəşr olunan informasiya vahid standartlara uyğun olmalı, həqiqi, aydın olmalı, bütün investorlar üçün eyni şəkildə əlçatan olmalı, vaxtında və daimi olmalıdır.
Açıq səhimdar cəmiyyət aşağıdakıları nəşr etməlidir:
cəmiyyətin illik hesabatı, illik mühasibat hesabatı;
cəmiyyətin səhmlərinin emisiyasını;
səhmdarın ümümi yığıncağı haqqında məlumat ( bildiriş );
cəmiyyətin affiləşmiş şəxsləri haqqında hesabat.
“Qiymətli kağızlar haqqında qanunun” yeni mətində informasiyanın nəşr edilməsinin aşağıdakı üsulları nəzərdə tutulur:
Periodik olaraq nəşr edilən müxtəlif tirajlı nəşrlərdə (açıq yazılar - 10 min nümunə, digər hallarda - bir min).
Bundan başqa bütün nəşr edilən informasiyanın vahid külliyatı “ Xəbərlərə əlavələrdə ” əks olunmalıdır.
İnformasiyaların informasiya agentlərinin xəbər lentində açıqlanması ( nəşr edilməsi ).
İnformasiyanın internet vasitəsi ilə, sərbəst oxunuş şərtilə yayınmlanması.
Qanunla müəyyən edilmiş tələblərə əlavə olaraq korporativ idarəetmədə cəmiyyətə aşağıdakı informasiyanın nəşr edilməsi tövsüyə olunur:
baş direktorun müavinləri, baş mühasib və cəmiyyətin katibi, cəmiyyətin idarəetmə orqanlarının üzuvləri haqqında;
dividentlərin ödənilməsi ya ödənilməməsi üzrə DŞ - nın qərarlarının qəbul edilməsi kriteriyaları haqqında;
cəmiyyət və onun vəzifəli şəxsləri, eləcə də, cəmiyyətin nizamnamə kapitalının 20% - dən çoxuna sahib olan digər kompaniyaların vəzifəli şəxsləri ilə cəmiyyət arasında imzalar, sazişlər haqqında;
cəmiyyətin aktivlərinin 2 % - ni aşmayan dəyərə malik cəmiyyət əmlakının iştirak etdiyi müqavilələr haqqında;
qiymətli kağızların növbəti emisiyasının potensiyal tərkibi haqqında;
cəmiyyətin korporativ idarəetmə kodeksinə və.s. əməl edilməsi haqqında.
İnformasiyanın nəşr edilməsinin tövsiyyə olunan əlavə üsulları arasında - cəmiyyətin rəhbərliyinin səhmdarlarla daimi görüşləri, press - konferensiyaları qeyd etmək olar.
2. İnformasiyanın nəşr edilməsi haqqında qətnamədə ətraflı formalar təqdim olunur ki, buna müvafiq olaraq, emissiyanın hər mərhələsində informasiyanın nəşr edilməsi həyata keçirilir. Bütün formalar aşağıdakı ümumi hissələrə malikdir: emitetin adının tam və qısaldılmış forması, yerləşmə yeri, emitetin nəşr etdiyi informasiyaların yerləşdiyi daimi mətbuat yayımlarının adlarının əks olunduğu internet ünvanı. Nəşr haqqında qərarın qəbul edilməsi mərhələsində informasiya ümumi qaydada aşkarlanır ( nəşr edilir ), başqa sözlə, informasiya agentliyində nəşr edilməsi (yayınlanması) 1 gün , internetdə - 3 gün, kütləvi informasiyanın mətbuat yayımlarında - 3 gün verilir. İnformasiya SÜY - nın və ya DŞ - nın buraxılışının bildirilməsi formasında nəşr edilir. Qərarın təsdiq olunma mərhələsində qiymətli kağızlar və onların yerləşdirmə şərtləri haqqında məlumat verilir, yerləşdirmə aparacaq şəxslərin ətrafı qeyd olunur. Dövlət qeydiyatından keçmə mərhələsində informasiyanın nəşr edilməsi dövlət qeydiyyatının ümümi qaydaları haqqında məlumat formasında həyata keçirilir. Qiymətli kağızların yerləşdirilməsi mərhələsində bəzi məlumat nəzərdə tutulur: yerləşdirmənin başlama vaxtı və ya başlama vaxtının dəyişdirilməsi haqqında, yerləşdirmənin qiyməti və müəyyənləşdirilməsi qaydaları, yerləşdirmənin dayandırılması və yerinə yetirilməsi ( bitmə vaxtı ) haqqında. Burada ümumi qaydalardan fərgli cəhətlər var: qiymətli kağızların yerləşdirilməsinin başlanma vaxtı haqqında məlumat, informasiya agentlərinin vaxtı haqqında məlumat, informasiya agentlərinin xəbər bületenində yerləşdirilmənin başlanma vaxtına 5 gündən gec olmayaraq elan olunmalıdır və internetdə isə müvafiq olaraq 4 gündən gec olmayaraq. Qiymətli kağızların yerləşdirilməsinin sona çatması halında emitet qiymətli kağızların yerləşdirilməsinin yerinə yetirilməsi haqqında informasiyanın yuxarıda qeyd olunan 3 üsulla ümümi qaydada nəşr edilməlidir, bu zaman yerləşmənin başlama və bitmə vaxtı, yerləşmənin faktiki dəyəri və yerləşdirilmiş qiymətli kağızların miqdarını göstərməlidir. İnformasiyanın kütləvi nəşrindən savayı, emitentin bütün bildirişlərinin surəti (emissiyanın müxtəlif mərhələlərində) bütün federasiya emitentinə göndərilməlidir. Əsasnamədə bunu eloktron poçt ünvanı ilə eloktron - imza vasitəsi ilə etmək nəzərdə tutulmuşdur. Bunun üçün səlahiyyətli şəhadətnamə mərkəzi ilə müqavilə bağlamaq vacibdir və bu işi yerinə yetirmək üçün lazımi proqram təminatı və elektron - imzanın açarını əldə etmək lazımdır. 3. Emitent informasiyanı hadisənin baş verməsindən sonrakı gündən 1 gün gec olmayaraq (növbəti gün), səhər saat 10 - dan gec olmayaraq (ticarətin başlanmasından öncə birjaya məlumatların daxil edilməsi məqsədi ilə) hər iki agentliyinin xəbər lentində yerləşdirilməlidir. “Səlahiyyətli informasiya agentlikləri və qiymətli kağızlar bazarında informasiyanı nəşr edən şəxslərin qarşılıqlı təsiri haqqında reqlament” ə müvafiq olaraq informasiyanın nəşr olunması pulsuz əsasda həyata keçirilir. Emitent istənilən səlahiyyətli agentliyin internet səhifəsində əvvəlcədən qeydiyyatdan keçməlidir. Bunun üçün emitent haqqında müxtəlif məlumatları, o cümlədən, nəşr materiallarını göndərəcəyi elektron ünvanı haqqında məlumatları əks etdirən xüsusi identifikasiya doldurulmalıdır. Emitentlə qeydiyyatın təsdiqi haqqında bildiriş və qeydiyyat kodu göndərilir. Qiymətli kağızların emitentləri həmçinin informasiyanı internet şəbəkəsində də yerləşdirməlidirlər.Bu istənilən Veb - sayt (şəxsi, digər səlahiyyətli agentliyə aid) ola bilər, əsas odur ki, məlumatlar sərbəst giriş rejimində oxunmaqla, maraqlı şəxslərin tələbinə əsasən emitent tərəfindən elektron ünvanı göstərilməlidir. “Açıq Səhimdar Cəmiyyətlərin affilləşmiş üzvləri haqqında informasiyanın nəşr haqqında” qanuna müvafiq olaraq, Açıq Səhimdar Cəmiyyətlər veb - saytda öz affilləşmiş şəxslərinin cari tarixə və son 3 il üçün məlumatlarını əks etdirməlidirlər.
4. İllik hesabat - informasiyanın aşkarlanmasının real alətidir. O, kompaniyanın investisiya tərəfidir. Əsasnaməyə müvafiq olaraq illik hesabatı bir sıra tələblər qoyulur, bu yeganə normativ aktdır ki, burada informasiyanın nəşri üzrə tələblər əks olunur.
İllik hesabat aşağıdakı əsas bölmələri əks etdirir:
DŞ - nın sədrinin və ya kompaniya prezidentinin səhmdarlara mürciyyəti;
kompaniya haqqında məlumat (lisenziyalar, şirkətin sahib olduqları haqqında məlumatlar);
marketinq və satlış;
kompaniya rəhbərliyi tərəfindən maliyyə vəziyyəti və təsərüffat fəaliyyətinin nəticələrinin təhlili( maliyyə hesabatna izah );
reviziya (yoxlama) komissiyasının rəyləri (yaxud istənilən yoxlama orqanının);
maliyyə hesabatı;
müstəqil aditorun rəyi;
proqnoz verilənləri;
cəmiyyətin qiymətli kağızları və səhm kapitalının strukturu;
DŞ və kompaniyanın yüksək menecmenti ( foto + qısa tərcüməli hal );
heyət və sosial müdafiyyə;
ekoloqiyya (kompaniyanın müxtəlif ekoloji proqramların maliyyələşməsində iştirakı);
korporativ məsələlər üzrə arayışlar və digər informasiya illik hesabatın qiymətləndirmə kriteriyalar;
maliyyə hesabını özünə daxil etməlidir ( 3 il ərzində gəlirlər və zərərlər haqqında mühasibat balansı və hesabat - qanunvericiliyə əsasən bu minimal normadır);
hesabat beynəlxalq mühasibat uçotu standartlarına cavab verilməlidir;
yoxlama komissiyası və ya kompaniyanın istənilən digər yoxlama - nəzarət orqanının, məsələn, auditor xidmətinin komitəsinin hesabatı;
mülkiyyətin strukturu ( 5 % - dən çox səhmə sahib səhmdarlar );
DŞ - nın və kollegial təkbaşına icraedici orqanın tərkibi, son 5 il üzrə tərcümeyi hal daxil edilməklə;
müstəqil direktorların mövcudluğu;
hesabat ili üzrə kompaniyada baş vermiş əhəmiyyətli hadisələrin xronologiyası və qısa məzmunu;
son üç il üzrə istehsal göstəricilərinin dinamikası və kompaniyanın inkişaf planları;
kompaniyada korporativ davranış praktikası haqqında informasiyanın nəşr edilməsi.
Qanunvericiliyində qeyd olunur ki, Açıq Səhmdar Cəmiyyət özünün illik hesabatını və illik mühasibat hesabatını açıqlamalıdır (nəşr etməlidir ).
Illik mühasibat hesabatının nəşr edilməsi qaydaları 28 noyabr 1996 - cı ildə Klinfin əmri ilə təsdiq edilmişdir.
Beynəlxalq standartlara müvafiq olaraq, maliyyə hesabatından başqa rəhbərliyin hesabatının bildiriliməsi tövsüyə olunur. Hesabat kompaniyanın maliyyə təsərüfat fəaliyyəti və maliyyə vəziyyətinin başlıca cəhətlərini əks etdirməlidir (eləcə də onun fəaliyyətinə təsir edən başlıca amilləri). Hesabat aşağidaki bölmələri daxil edir: İşguzar konyukturun dəyişikliklərinin xülasəsi (icmalı) və onların kompaniyaya təsiri, kompaniyanın maliyyələşmə mənbələri və risklərin idarə olunması siyasəti, mühasibat balansında əks olunmayan kompaniya resursları və imtiyazları. İnformasiyanın nəşr edilməsinin yeni texnalogiyası kimi aşağıdakı istiqamətləri qeyd etmək olar :
İnvestorların emitentlərin nəşr etdiyi informasiyalara qoyduqları tələblərə aid olanlar:
daxili kapital və biznes riskləri haqqında informasiya;
faktiki nəticələrin planda müqayisəsi;
tamamlayıcı tarixi məlumatların nəşr edilməsi (kompaniya səhmdalarından biri, hansısa dəyişir və .s. )
korporativ idarəetmə haqqında informasiya (komitə və planların necə işlənməsi, fəaliyyətləri ).
2. Kompaniyanın özü tərəfindən qoyulan tələblərə aid olanlar :
- rəqabət qabiliyyətliliyin qorunub saxlanması üçün nəşr edilən informasiyanın məhdudlaşdırılması (qısaldıması).