Mövzu 1: Fənnin predmeti və vəzifələri


Direktor şuraları və menecerlər



Yüklə 248,44 Kb.
səhifə37/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
Direktor şuraları və menecerlər. Bir sıra hallar istisna olmaqla, korporasiya özünün hansı səciyyəvi funksiyalarının direktorların rolu ilə bağlı olduğunu təyin edir. Bu halda qanun özünün müəyyən bir rəyini tövsiyə etmir. Lakin Amerikanın səhmdar şirkətlərində bu funksiyaların necə olması və ola biləcəyi qanunvericilikdə göstərilməsə də, bu barədə ümumiyyətlə qəbul edilmiş rəy mövcuddur. Biznes məsələləri üzrə Dəyirmi masa öz bəyanatında korporasiya direktorlarının aşağıdakı öhdəliklərini müəyyənləşdirir: 1) direktorlar şurasının və menecmentin seçilməsi və yenidən seçilməsi prosedurlarına nəzarətin edilməsi; 2) korporasiyanın maliyyə fəaliyyətinin qiymətləndirilməsi və onun fondlarının bölüşdürülməsi; 3) korporasiya tərəfindən öz sosial öhdəliklərinin icrasının yoxlanılması; 4) korporasiya fəaliyyətinin qanuna müvafiq olmasının təmin edilməsi . Böyük Britaniyadakı Kedberi Komitəsi də oxşar şəkildə direktorlar şurasının aşağıdakı funksiyalarını təklif edir: 1) korporasiyanın strategiyasının qiymətləndirilməsi; 2) korporasiyanın əsas ehtiyatlarının (əsas təyinatlılar da daxil olmaqla) idarə olunması; 3) korporasiya əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi; 4) korporasiyanın davranış normalarının təyin edilməsi. Hərçənd ki, qanunvericilik icraçı və müstəqil direktorların səlahiyyətlərini biri-birindən ayırmır və direktorların hamısı korporasiyanın işləri üzrə həmrəyliklə məsuliyyət daşıyır, müstəqil direktorların ehtimal olunan rolu çox aydın görünür. Onların vəzifəsi menecerlərin fəaliyyətinin müstəqil qiymətləndirilməsini həyata keçirmək, eyni zamanda şəxsən özlərinin menecerlərə həvalə etdikləri səlahiyyətlər üzrə məsuliyyət daşımaqdır. Əgər bu səlahiyyətlər əməlidirsə, onda menecerlər onların işlərinə həddən artıq müdaxilələrdən azad olmalıdır. Conatan Çarkhem öz məqaləsində qeyd edib ki, bu, korporasiyanın direktorlar şurasının səmərəliliyini müstəqil direktorların hesabatlılıq prinsipi ilə müdaxiləsizlik tələblərinin hansı səviyyədə uzlaşdıra bilməsi bacarığından yüksək dərəcədə asılı edir. Şuranın müstəqil üzvlərinə menecerlərin onlara olan hesabatlarının təmin edilməsi üçün mühüm və praktiki qeyri-məhdud səlahiyyətlər verilib. Ehtimal olunur ki, bu səlahiyyətlərin istifadə olunması üçün direktor şuraları kifayət qədər hökmə malikdir. İcraçı və müstəqil direktorların səlahiyyət dairələrinin qanunvericiliklə differensiyasının olmamasına baxmayaraq, hakimiyyət balansı menecmentin xeyrinə yönəlib. Buna, bir sıra amillər səbəbdir: bura, həm qərarların qəbulu, rəhbərlik, konsaltinq, nəzarət funksiyalarını özündə cəmləməyə məcbur olan müstəqil direktorların ikili vəziyyəti, həm təbiətinə görə son dərəcə fərdi xüsusiyyət daşıyan biznes mədəniyyəti (onun çərçivəsi daxilində korporasiyanın surəti onun rəhbəri ilə eyniləşdirilir), həm direktorların seçilməsi prosedurları (ona müvafiq olaraq menecerlər özlərinə direktor yox, direktorlar seçirlər), həm icraçı baş direktorun (adətən, şuranın iclaslarına sədrlik edən) şuranın cari işi üzrə həyata keçirdiyi səmərəli nəzarət daxildir. Bunun nəticəsində, ABŞ-da direktor şuralarının işində əslində belə bir vəziyyət yaranıb ki, müstəqil direktorlar öz başlıca rollarını nüfuzlu icraçı baş direktorun seçimində, təyinatında və dəstəklənməsində görürlər. C.Lorşun ABŞ-da korporasiyaların direktor şuraları haqqındakı monoqrafiyasına daxil edilmiş bir müstəqil direktorun mülahizələrini numunə kimi göstərək: «Mən hesab edirəm ki, şura öz başlıca öhdəliyini icraçı baş direktorun seçimində görür… Şura şirkətin idarə olunması ilə məşğul olmur, lakin onun vəzifəsi şirkətin ən yaxşı rəhbərlər tərəfindən idarə olunması barədə hamıda olan inamın yaşamasına yönəlib». Və daha sonra «Yalnız iki işin edilməsi çox vacibdir. Birincisi, icraçı baş direktorun işdən azad olunması vaxtını müəyyən etmək və onun əvəzinə başqasını tapmaq… İkincisi, onun məvacibinin və mükafatlarının səviyyəsini təyin etmək».


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin