Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə44/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   40   41   42   43   44   45   46   47   ...   71
Direktorların vəzifələri. Direktorlar müşahidə şurasının üzvü olduqdan sonra səlahiyyətlərində olan bütün imkanları onların namizədliyini irəli sürmüş qrupun deyil, korporasiyanın maraqlarının gerçəkləşməsinə yönəltməlidirlər. Öz səlahiyyətləri dairəsində onlar şirkətə qayğı və ona münasibətdə loyallıq göstərməyə borcludur. Bununla yanaşı, korporasiyanın idarə edilməsi prosesindəki güclü institusional komponentin sayəsində Almaniyada qayğı və loyallıq standartları Amerikadakından fərqli məna kəsb edir. Şirkətin səhmdar kapitalının, yaxud borcunun bir hissəsinin sahibi olan bankların və ya digər təşkilatların məmurları çox zaman müşahidə şuralarının üzvü olur. Buna görə də, onlar nəinki menecmentin fəaliyyətinin mükəmməl qiymətləndirilməsi üçün zəruri olan yüksək təcrübə və biliklərə tam malikdir və həmçinin həmin fəaliyyətin onları göndərən təşkilatların mütəxəssisləri tərəfindən aparılan araşdırılmasının və təhlilinin nəticələrindən birbaşa istifadə edirlər. Nəticədə öz işlərində onlar adi «ehtiyatkar» adamın göstərəcəyi səydən daha artıq dərəcədə səylər nümayiş etdirirlər. Amerika standartları nöqteyi-nəzərindən «vicdanlı oyun» problemi bir qədər çətin görünür. Almaniya qanunları eyni bir şəxsin rəqabətdə olan təşkilatların şuralarında iştirakını qadağan etmir və onun direktor rolunda çıxış edəcəyi şuraların sayını məhdudlaşdırmır (halbuki, bir adam eyni zamanda 10-dan çox şurada işləyə bilməz). Bunun nəticəsində bir çox alman korporasiyaları biri-birinin işində qarşılıqlı iştirak edir . Bir çox şirkətin müşahidə şurasında bankların nümayəndələrinin olması faktı bu vəziyyəti daha da kəskinləşdirir (qeydə bax). Belə vəziyyət maraqların potensial konfliktləri üçün zəmindir. Həmin konfliktlər konfidensiallıq prinsipinin yol verilən pozuntusu çərçivəsindən çox kənara çıxa bilər (bu isə Almaniya qanunlarına görə cinayət hesab olunur). Direktorlar şurasında bankların eyni zamanda həm kreditor, həm səhmdar və həm də digər səhmdarların etimadlı şəxsi simasında iştirak etməsi də maraqların konfliktinə səbəb ola bilər: kreditor kimi bankın maraqları ilə təmsil etdiyi səhmdarların maraqları, yaxud nəzarət etdiyi korporasiyanın maraqları uzlaşmaya bilər. Bankın nümayəndəsi olan direktor idarə heyətinin üzvü olduğu bankın maraqları ilə müşahidə şurasının üzvü olduğu şirkətin maraqları arasındakı «məngənəyə» düşə bilər. Xüsusilə maliyyələşmənin yenidəqurulması dövründə bu konfliktdən qaçmaq çox çətindir. Almaniyada korporasiyaların idarəedilməsi sistemi ətrafında aparılan mübahisələrin əksəriyyətinin orada bankların oynadığı rola aid olması heç də təəccüblü deyildir.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin