2.2. Müxtəlif təşkilati - iqtisadi formalı iqtisadi subyektlər üçün korporativ idarəetmənin mahiyyəti.
2.3. Korporativ idarəetmə sisteminin inkişafının müasir tendensiyaları.
2.4. Korporativ idarəetmə nəzəriyyələrinin əsas yaranma şəraiti, səbəbləri və mərhələləri.
2.5. Agent nəzəriyyəsi - korporativ idarəetmənin inkişafının müasir nəzəriyyəsi kimi.
2.6. Birgəfəaliyyət nəzəriyyəsi - korporativ idarəetmənin inkişafının müasir nəzəriyyəsi kimi.
2.7. İcraedici nəzəriyyə - korporativ idarəetmənin inkişafının müasir nəzəriyyəsi kimi.
2.8. Təşkilati nəzəriyyə - korporativ idarəetmənin inkişafının müasir nəzəriyyəsi kimi.
2.1. Korporativ idarəetmə sistemi (Şəkil 2.1.) elə bir təşkilati modeli əks etdirir ki, onun köməyi ilə korporasiya öz səhmdarlarının maraqlarını təmsil və müdafiə etməlidir. Bu sistem mövcud qanunvericiliyə riayət olunması və beynəlxalq standartların nəzərə alınması əsasında gəlirlərin artırılması məqsədilə Direktorlar Şurası, menecerlər və digər maraqlı şəxslərin (işçilər, kreditorlar, malsatanlar, yerli orqanlar, ictimai təşkilatlar) qarşılıqlı fəaliyyəti və qarşılıqlı hesabatlılığı sistemidir.