Mövzu 1: Fənnin predmeti və vəzifələri


Korporativ etika həmçinin xidməti münasibətlərin etik normalarını müəyyən edir



Yüklə 248,44 Kb.
səhifə53/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   49   50   51   52   53   54   55   56   ...   71
Korporativ etika həmçinin xidməti münasibətlərin etik normalarını müəyyən edir. Məsələn, şirkətin əməkdaşları hər kəsə qarşı hörmətlə yanaşmalı, başqalarının şəxsi həyatlarına onun icazəsi olmadan qarışmamalı (şirkətlərdə əməyin effektivliyinə ciddi şəkildə mənfi təsir göstərən mobbinq (Mobbinq - adətən hər hansı əməkdaşın işdən çıxması (çıxardılması) məqsədilə istifadə olunan psixoloji təzyiq vasitəsidir.) hallarının qarşısının alınmasını nəzərdə tutur),  digərlərinin fikirlərinə hörmət etməli, nəzakət və düzgünlüyə riayət etməlidir və s.

Bundan əlavə, bu qaydalar arasında şirkətin özü üçün də maddələr müəyyən edilir. Məsələn: müştəri və partnyorlarla yalnız hüquqi çərçivədə (yəni, qanunverici normaları pozmamaq, kiməsə şəxsi münasibətlərə görə üstünlük verməmək və s.) münasibət qurulması, öz məhsulunun keyfiyyətinə və müqavilədə nəzərdə tutulmuş öhdəçiliklərin yerinə yetirilməsinə zəmanət verilməsi, təchizatçı və istehlakçılarla qarşılıqlı fayda gətirən münasibətlərin qurulması və davam etdirilməsi, əməkdaşların ədalətli prinsiplərlə mükafatlandırılması və onların sosial zəmanətlərinin təmin olunması və s.

Göründüyü kimi, sadalanan prinsiplər çox sadə və anlaşıqlıdır. Yalnız bu prinsip və qaydaların dəqiq şəkildə ifadə edilməsi, hər bir əməkdaşın diqqətinə çatdırılması, həmçinin onlara qeyd-şərtsiz riayət edilməsi halında müsbət nəticələr əldə etmək olar. Bu müsbət nəticələr təkcə mədəni, işgüzar əməkdaşların formalaşması ilə məhdudlaşmır, həmçinin şirkətin gəlirlərində də nəzərəçarpacaq artımla müşahidə olunur.Korporativ etika qaydalarının tətbiqi nəticəsində öz əməkdaşları üçün bir ailəyə çevrilməsinə nail olan şirkət ciddi şəkildə rəqabət üstünlüyü qazanmış olur.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin