Mövzu 1: Fənnin predmeti və vəzifələri


Korporativ etika məcəlləsi üç funksiyanı həyata keçirmək imkanına malikdir



Yüklə 248,44 Kb.
səhifə55/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   51   52   53   54   55   56   57   58   ...   71
Korporativ etika məcəlləsi üç funksiyanı həyata keçirmək imkanına malikdir:

1. Nüfuz

2. İdarəetmə

3. Korporativ mədəniyyətin inkişafı

Birinci funksiya ictimai etimadın formalaşdırılmasını nəzərdə tutur (müştəri, podratçı, təchizatçı və s.-ə  münasibətdə qurulmuş siyasətin beynəlxalq təcrübədə təsbit edilmiş şəkildə açıqlanması).  Beləliklə, məcəllə korporativ PR aləti olmaqla, şirkətin investisiya cəlbediciliyini yüksəldir. Korporativ etika məcəlləsinin mövcudluğu artıq biznes aləmində ümumdünya standartına çevrilməkdədir.

İkinci funksiya mürəkkəb etik şəraitlərdə davranışların reqlamentləşdirilməsini (tənzimlənməsini) nəzərdə tutur. Əməkdaşların fəaliyyətinin səmərəliyinin yüksəldilməsi aşağıdakı yollarla həyata keçirilir:

- Qarşılıqlı münasibətlərdə prioritetlərin müəyyən edilməsi;

- Mürəkkəb etik şəraitlərdə qərarların qəbul edilmə ardıcıllığının müəyyən edilməsi;

- Qeyri-məqbul davranış qaydaları üzrə tövsiyələr (göstərişlər).

Bundan əlavə, korporativ etika korporativ mədəniyyətin bir hissəsidir. Korporativ etika məcəlləsi - korporativ mədəniyyətin inkişafının əhəmiyyətli amillərindəndir. Bu məcəllə şirkətin dəyərlərini bütün əməkdaşlar ötürə, onları vahid korporativ məqsədlərə yönəldə bilər və bununla da korporativ mədəniyyətin inkişafını təmin olunar.

Məcəllənin məzmunu hər şeydən əvvəl şirkətin xüsusiyyətləri, strukturu, inkişaf məqsədləri, rəhbərliyin göstərişləri ilə müəyyən edilir. Adətən, məcəllə iki hissədən ibarət olur:

- ideoloji (məqsəd, hədəf, dəyər və s.)

- normativ (işgüzar davranış normaları)

Bununla belə, ideoloji bölmə məcəllədə nəzərdə tutulmaya da bilər.

I.Giriş

Bizim məqsədimiz cəmiyyət və hər bir əməkdaş üçün fayda verən, gəlirlə fəaliyyət göstərən şirkət olmaqdır. Bununla bağlı, şirkətin fəaliyyəti aşağıdakı mənəvi dəyərlər üzərində qurulmuşdur:

─  Əməkdaşlarımızın, tərəf müqabillərimizin və bütövlükdə cəmiyyətin hüquq və qanuni mənafelərinə hörmət;

─  Ədalət, yəni hər bir əməkdaşın öz əməyinə mütənasib olaraq şirkətin gəlirindən istifadə etmə imkanının yaradılması;

─  Bərabərlik, hər kəs üçün bərabər əmək şəraiti, o cümlədən istirahət hüququ və ixtisasartırma hüququnun təminatı;

─  Şirkətin əməkdaşlarının şirkətin fəaliyyətindən irəli gələn mənfi fəsadlardan qorunması;

─  Şirkətin əməkdaşlarının peşəkarlıq, təcrübə və şirkətin inkişafında sərf etdikləri zəhmət meyarları əsasında irəli çəkilməsi.

Qeyd edilən mənəvi dəyərləri öz fəaliyyətində rəhbər tutaraq, şirkət özünün inkişafı və cəmiyyətə faydalı olması üçün zəruri olan korporativ mədəniyyətinin yaradılmasına səy göstərəcəkdir. Həmin dəyərlər şirkətin hər bir əməkdaşı üçün məcburidir. Bununla yanaşı şirkət öz tərəf müqabilləri ilə də əlaqələri bu dəyərlərə əsasən qurur.

Bu dəyərlərə əsaslanaraq şirkət onun fəaliyyətinin ayrı-ayrı tərəflərini tənzimləyən etik prinsipləri öz işində rəhbər tutur.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin