Mövzu 1: Fənnin predmeti və vəzifələri


Şəkil 13.1. Korporasiyanın idarə edilməsinin ümumi strategiyası



Yüklə 248,44 Kb.
səhifə68/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   63   64   65   66   67   68   69   70   71
Şəkil 13.1. Korporasiyanın idarə edilməsinin ümumi strategiyası.
13.2. Korporasiyaların mülkiyyətinin və deməli hakimiyyətin bölüşdürülməsinin həyata keçirildiyi qiymətli kağız (vasitəçi) səhm hesab olunur. Bundan başqa səhm təkcə mülkiyyət münasibətlərinin dəyişdirilmə aləti deyil, həm də investisya mənbəyidir. Səhmləri yalnız səhmdar cəmiyyətlər buraxa bilər.

Səhm - öz sahibinə (səhmdara) səhmdar cəmiyyətin gəlirinin bir hissəsini əldə edilməsi, səhmdar cəmiyyətinin idarəedilməsində iştirak edilmək və onun ləğv olunmasından sonra yerdə qalan əmlakın bir hissəsinə sahib olmaq hüququnu möhkəmləndirən emmisya qiymətli kağızdır.

Səhmlərin komunal dəyəri (səhm buraxlışı zamanı ilkin dəyəri) və məzənnə dəyəri mövcuddur.

Məzənnə dəyəri aşağdakı amillərdən asılıdır:



  • Səhmlərin kateqoriya və tipləri. Bazarda adi səhmlər imtiyazlı olanlardan daha yüksək qiymətləndirilir. Belə ki, adi səhmlər səhmdarların ümumi yığıncağında səs hüququ sayılır.

  • SC-nin iqtisadi vəziyyəti və onun dividentlər ödəmək qabiliyyəti.

  • Sahədə ümumi iqtisadi vəziyyət.

  • İnfilyasiya tendensiyaları.İnfilyasiya nə qədər yüksək olarsa səhmlərin məzənnə dəyəri bir o qədər yüksələcəkdir.

  • Ssuda faizi norması. Səhmlərin alışı o vaxt məna kəsb edir ki, vəsait qoyuluşundan əldə olunan gəlir, bank depozitlərinə pul qoyuluşlarından daha az olsun.

Səhm paketlərini korporasiyaya təsir dərəcəsinə görə aşağdakı kimi sıralamaq olar:

  1. Səhm paketinin 75%+1 səhm öz sahibinə səhmdar cəmiyyətinin fəaliyyətinin bütün hakim məsələləri üzrə qərarlar qəbul etmək imkanını təmin edir.

  2. Klassik nəzarət paketinin 50%+1 səhmdarların ümumi yığıncağını keçirmək, nizamnamənin dəyişdirilməsi, cəmiyyətin ləğv edilməsi və yenidən təşkil olunmuş istənilən iri sazişlərin imzalanması ilə əlaqədar məsələlər istisna olmaqla bir çox vacib məsələlərlə bağlı SÜY-da qərarların qəbul olunması imkanını verir(hüququnu verir).

  3. 30% paket +1 səhm (təcridedici) baş tutmayan SUY-nı yenidən çağırmaq, səhmdar cəmiyyətinin idarə olunması ilə bağlı bütün hakim məsələlərin bağlanması imkanını verir (nizamnamənin dəyişdirilməsi vəziyyətin ləğv olunması və yenidən təşkil edilməsi istənilən iri sazişlərin imzalanması başqa sözlə SUY-nın ¾ səs çoxluğunun razılığını tələb edən məsələlər üzrə).

  4. 25% təcri paketi+1 səhm əvvəlki paketin bütün imkanlarını verir, baştutmayan SUY-nın əvəzinə yenisinin çağrılması tələbi hüququ istisna edilməklə.

  5. 10% səhm paketi öz sahibinə növbədənkənar yığıncağını çağırmaq tələbi SUY-nın iştirakçılarının siyahısı iıə tanış olmaq, cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin etmək hüququnu verir.

  6. 2% səhm paketi - öz sahibinə SUY-nın gündəliyinə 2 məsələ daxil etmək və DŞ - a namizəd irəli sürmək hüququnu verir.

  7. 1% shm paketi - cəmiyyətin səhmdarların reysterində əks olunan informasiya ilə tanış olmaq, DŞ-nın təqsirkar üzvlərinin fəaliyyəti nəticəsində yrinə yetirilmiş işlərin əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ verir.

13.3. Konsolidasiyalı hesabatlılıq.

“Konsolidasiyalı hesabatlılıq və uçot” anlayışından istifadə edərkən təsərrüfat subyektlərinin fəaliyyətinin



  • Balansda;

  • Gəlir və zərərlər haqda hesabatda;

  • Fondların nəzarəti haqda hesabatda əks olunan göstəricilərinin inteqrasiyasından irəli gəlirlər.

Konsolidasiyalı hesabatın hazırlanması zəruriliyi iştirakçılarının kapitalda iştirakı və ya digər üsulla qarşılıqlı asılılığı vəziyyətində inteqrativ koorporativ strukturun yaradılması zamanı yaranır. Konsolidasiyalı hesabatın mövcudluğu maliyyə və sosial-iqtisadi idarəetməsini yüksəltməyə, bütövlükdə fəaliyyətini obyekti rəsmini (şəkilini, portretini) görməyə imkan verir.

Konsolidasiyalı hesabatın mahiyyəti ondaır ki, müstəqil hüquqi təsərrüfat subyektini hesabatı sayılır və aydın əks olunan analitik istiqamətə malikdir.

Hesabatın konslidasiyasının məqsədi - birləşmə (koorporasiya) çərçivəsində təsərrüfat subyektlərinin fəaliyyəti haqqında ümumi təsvir əldə etməkdir.

Konsolidasiya prosesində istənilən daxili qrup maliyyə təsərrüfat əməliyyatları istisna edilir, yalnız aktiv və passivlər, 3-cü şəxslərlə əmliyyatlardan gəlir və xərclər əks olunur. Maliyyə-iqtisadi xarakterli informasiya məqsədləri üçün zəruridir:



  • Korporasiyanın regionun və dövlətin iqtisadi inkişafındakı yeri və rolunun müəyyənləşdirilməsi, xüsusi ilə iqtisadi inkişaf proqramlarının reallaşdırılmasında federal yerli və korporasiyanın idarəetmə orqanlarının maraqlarının üst-üstə düşmə dərəcəsinin müəyyənləşdirilməsi.

  • Ümumi səmərəli korporasiyanın inkişaf strategiyasının işlənib hazırlanması korporasiya iştirakçılarının yüksək idarəedilməsi, koordinasiya olunmuş maliyyə-iqtisadi siyasətinin aparılması məqsədi koorporasiyanın daxili tələbatları üçün.

  • Korparasiyanın cari fəaliyyəti haqqında gözlənilən gəlirlə bağlı risklər, məbləğlər, müddət haqqında, eləcədə korporasiyanın təsərrüfat resursları, onun vəzifələri. vəsaitlərin tərkibi və mənbələri, dəyişilmə səbəbləri haqqında geniş cəmiyyətə mövcud və potensial investorlara fikir söylənən imkanı verən informasiyanın təmin olunması üçün.

Beləlıklə, konsolidasiyalı maliyyə hesabatı bir-birinin kapitalında iştirak edən və vahid iqtisadi strategiya çərçivəsində fəaliyyət göstərən təsərrüfat subyektləri qrupunun fəaliyyətini xarakterizə edən informasiyanı əks etdirir.

Kompaniyanın xaricdə maliyyə hesabatının formalaşdırılması və sonrakı analizinin sadələşdirilməsi üçün mühasibat uçotu və maliyyə hesabatının standartları sistemi işlənib hazırlanmışdır.

Konsolidasiyalı hesabatlılığın tələbləri:


  • Hesabatların mərhələliyi maliyyə - hesabat bərabər zaman fasiləsiylə periodik olaraq hazırlanmalıdır;

  • Əhalinin tamlığı-korporasiya öz maliyyə sənədlərinə hesabatda qeyd olunan gəlirlərin əldə olunması üçün zəruri olan bütün xərcləri daxil etməlidir.

  • Konservatizm (mühafizəkarlıq) - ölçmələrin qeyri müəyyənliyi dəqiq ehtimal olunan gəlirləri əmələ gətirməkdə korporasita hesabatında ən kiçik rəqəmi göstərməlidir. Bununla yanaşı korporasiya bütün mümkün xərcləri nəzərə almalı (əvvəlcədən) və dəqiq əsaslandırılma olmadan gəlrlər haqda məlumat verməməlidir.

  • Aşkarlıq - hesabatlarda əks olunan informasiya elə səviyyədə qeyd olunmalıdır ki, biznes problemlərini orta səviyyəli başa düşən oxucu onu anlaya bilsin.

  • Zərurilik - qərarların qəbul olunması və istifadəçilərə istiqamatləndirmələri üçün əhəmiyyətli informasiyanı əks etdirməlidir.

  • Etibarlılıq- təqdim olunan informasiya tam və doğru olmalıdır.

  • Ardicıllıq- korporasiya maliyyə hesabatının müqaisəli metodlarından istifadəyə səy göstərməlidir ki, zamanın müxtəlif dövrlərində hesabatların müqaisəsi imkanı təmin olunsun.

Koorporasiya hesabatda göstərməlidir: dövrün sonuna maliyyə vəziyyəti, dövr üzrə gəlirlər, sahibkarların qoyuluşları və onlara ödəmələri.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin