Mövzu 1: Fənnin predmeti və vəzifələri


Mövzu 15. Korporativ idarəetmənin səmərəliliyi



Yüklə 248,44 Kb.
səhifə70/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   63   64   65   66   67   68   69   70   71
Mövzu 15. Korporativ idarəetmənin səmərəliliyi

Plan:

15.1. Korporativ idarəetmə standartlarının tətbiqinin iqtisadi əlverişliliyi.

15.2. Korporativ idarəetmənin səmərəlilik xüsusiyyətləri.

15.3. Korporativ idarəetmənin reytinq sistemləri.

15.4. Korporativ idarəetmənin monitorinq sistemləri.

15.1. Əvvəlcədən qeyd etdiyimiz kimi, korporativ idarəetmə bütövlükdə biznes-prosesləri optimallaşdırır və nəticədə kompaniyanın gəlirlərinin (mənfəətinin) artmasına səbəb olur. Ancaq belə bir sual yaranır. Korporativ idarəetmənin standartlarının tətbiqini hansı xərclər müşayət edir və bütün kompaniyalar müvafiq məsrəfləri etmək vəziyyətindədirlərmi? Bir çox iri və orta kompaniyalarda idarəetmə stadartları zərurət hesab olunur. Onların ilkin vəzifəsi (korporativ idarəetmə sahəsində) fəaliyyətdə olan qanunvericiliyə riayət olunmasını yaxşılaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, korporativ idarəetmə kodeksində yazılan standartların tətbiqi, müəəsisələr tərəfindən səhmdar cəmiyyətlərin idarəetmə orqanlarının işini təmin edən və onlara nəzarət edən bir sıra komitələrin yaradılmasını, ştat cədvəlinə korporativ katib vəzifəsini daxil edilməsini, Direktorlar Şurasının tərkibinə müstəqil direktorların daxil edilməsini və s. tələb edir. Buna görə də heç də bütün müəssisələr iri komapniyalar kimi böyük miqyasda standartları tətbiq etmək imkanına malik deyillər. Kiçik və orta müəssisələr üçün belə məsrəflər (xərclər) iqtisadi əlverişli sayılır, beləki, xidmət üçün sərf olunan xərclər kodeksin tələb etdiyi idarəetmə orqanlarının fəaliyyətləri gəlirlə uyğunlaşmır. İri korporasiyalar standartların tətbiqində daha çox ona görə maraqlıdırlar ki, onlar birjalarda yerləşdirilmiş qiymətli kağızların hesabına maliyyələşdirilir və xarici investorları cəlb edirlər (kiçik və orta kompaniyalar hələ də birbaşa investorları axtarır və ya banklarla kreditləşirlər). Belə kompaniyalarda korporativ idarəetmənin spesifikliyi qalmaqda davam edir. Başqa sözlə, kompaniyanın təsisçiləri operativ idarəetmədə iştirak edir və mülkiyyətin konsentrasiyasında maraqlıdırlar. Bu vəziyyət yalnız Azərbaycan üçün xarakterik deyildir. Korporativ idarəetmə təcrübəsi və onun iqtisadi inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən kiçik və orta kompaniyalarda tətbiqi dərəcəsi bu nisbəti əks etdirir. Beləliklə, qeyd edək ki, korporativ idarəetmə standartlarının tətbiqinin iqtisadi əlverişliliyi bir qayda olaraq iri kompaniyalarda və ya öz fəaliyyət miqyasını inkişaf etdirən (genişləndirən) kompaniyalarda mövcud olur. Ancaq bazar mexanizminin, rəqabətin inkişafı, yeni investorların axtarışı kompaniyanın daxili yüksəlişini və müvafiq olaraq özünə bərabər mühitdə adekvat fəaliyyət göstərməsini stimullaşdıran xaric amillər hesab olunur. Buna baxmayaraq, standartların tətbiqi problemləri artıq tətbiq olunmuş standartlara riayət olunması problemləri ilə üstü örtülür (bağlanır) və dövlət, dövlətlərarası və transmilli statusa malik iri korporasiyalar gündəlik təcrübənin gedişində külli miqdarda çətinliklərlə qarşılaşırlar. Öz mənşəyinə görə korporativ idarəetmə təcrübəsi üçün zəruri təkmilləşdirmə mübarizəsi öz əksini iri kompaniyaların korporativ idarəetmənin ayrı-ayrı kriteriyaları, həm də kompaniya fəaliyyətinin ümumi səmərəliliyi üzrə reytinqinin hazırlanmasında tapır.

15.2. Qeyd etmək lazımdır ki, korporativ idarəetmə kriteriyaları olduqca müxtəlifdir. Korporativ idarəetmənin ümumi səmərəlilik kriteriyalarına aşağıdakılar daxildir: 1. Kapital bazarına giriş (daxil olma imkanı). Səmərəli idarə olunan kompaniyalar investorlar tərəfindən dostcasına qəbul olunur, belə ki, səhmdarlar üçün gəlirlərin təmin olunması qabiliyyətinə inam yaradırlar. İnvestorlar arasında investisiya qərarlarının qəbul olunması prosesində tətbiq olunan hakim kriteriyalar siyahısına korparativ idarəetmə təcrübəsini daxil etmə tendensiyaları müşahidə olunur. Koporativ idarə etmə təcrübəsi və bunun strukturu nə qədər yaxşı olsa səhmlərin səhmdarların maraqları üçün istifadə olunması ehtimalı yüksək olur. 2. Kapitalın dəyərinin azaldılması və kompaniya aktivlərinin dəyərinin yüksəldilməsi. Korporativ idarəetmə standartlarına tam ölçüdə riayət edən kompaniyalar xarici resurslarının dəyərinin azaldılmasına nail ola bilərlər. Ölkələrarası səviyyədə aparılmış araşdırma göstərir ki, Azərbaycanda borc kapitalının dəyəri digər ölkələrdən olduqca yüksəkdir. Qeyri stabil iqtisadi mühitə pul vəsaitlərinin investisiyalaşması vençur investisiyalaşmasına bərabərləşdirilir və bu halda bank faiz dərəcəsi daha yüksək olur. Eyni zamanda korporativ idarəetmə təcrübəsi və kompaniya dəyərinin qiymətləndirilməsi arasında birbaşa proporsional əlaqə mövcuddur. Bir qayda olaraq, korporativ idarə etmə standartlarının tətbiqi bazarda kompaniya səhmlərinin dəyərini nəzərə çarpacaq dərəcədə yüksəldir. 3. Kompaniya idarə etməsinin mütəşəkkil sistemi. İdarəetmə keyfiyyətinin yüksəldilməsi nəticəsində hesabatlılıq sistemi daha mütəşəkkil (dəqiq) olmağa başlayır, menecerlərin işinə nəzarət dəqiqləşir və fəaliyyət nəticələri ilə mükafatlandırılması sistemi arasındakı əlaqə güclənir. Bundan başqa vaxtında və tam təqdim olunan informasiyanın əldə olunması imkanı və mailiyyə şəffaflığının artırılması hesabına qərarların qəbul olunması prosesi yaxşılaşır. Rəhbərlərin varisliyinin planlaşdırılması şərtlər yaradılır ki, bu da kompaniyanın uzunmüddətli mərhələdə müvəffqiyyət qazanmasına səbəb olur. Qeyd olunan vəziyyətdə iqtisadi səmərəliliyə kompaniya fəaliyyətinin böhran müddətində top-menecerlərin və ya onların xidmətlərinin əldə olunması üçün zəruri kapital qoyuluşları həcminin azaldılması (aşağı salınması) vasitəsilə nail olunur. Bu həmdə fırıldaqcılığın və səhmdarların maraqları ilə ziddiyyət təşkil edən şəxsi maraqların güdülməsi risqini azaltmağa imkan verir. Korporativ idarə etmənin zəruriliyi onda ifadə olunur ki, investorlar üçün kompaniyanın bütövlükdə şəffaflığı yüksəlir və onlar kompaniya əməliyyatlarının maliyyətinə daxil olma imkanını əldə edirlər. Hətta, əgər informasiya mənfi olsa belə şəffaflığın yüksəldilməsi qeyri-müəyyənlik riskini ixtisar edir. Beləliklə, Direktorlar Şurası tərəfindən risklərin sistemli analizi və qiymətləndirilməsinin aparılmasına stimul formalaşır. Sadalanan kriteriyalar səmərəli korporativ idarəetmənin bir sıra üstünlüklərini yaradır:

    1. Strateji qərarların qəbulunun mükəmmələşdirilməsi;

    2. Maliyyə resurslarının cəlb olunması;

    3. Kompaniyanın hökumət orqanları ilə qarşılıqlı təsirinin yaxşılaşdırılması;

    4. Menecerlərlə səhmdarlar arsında qarşılıqlı təsirin yaxşılaşdırılması;

    5. Korporativ mübahisələrin qarşısının alınması.



15.3. Korporativ idarəetmənin qiymətləndirilməsinin mövcud metodları içərisində bu və ya digər kompaniyanın korporativ idarəetməsinin monitorinq sistemini və korporativ idarəetmə reytinqini fərqləndirirlər. Korporativ idarəetmənin reytinqləri. Korporativ idarəetmənin analitik reytinqi maliyyə və statistik göstəricilər əsasında qurulur və ekspertlər tərəfindən analiz olunur. Azərbaycanda korporativ idarəetmənin ilk keyfiyyət reytinqinin hələ 1999-cu ildə meydana gəlməsinə və bu reytinqlərin həcminə görə dünyada lider mövqelərdən birini tutmaq hüququna malik olmasına baxmayaraq investorları hələ də tam olaraq qane etmir. Bir qayda olaraq, reytinqlər 10-30, maksimum 40 kompaniyanı əhatə edir. Bu isə ikinci eşolon səhmlərlə işləyən (fəaliyyət göstərən) investorlar üçün kifayət deyil. Bu investorların informasiya himayədarlığına ehtiyac var. Bundan başqa, əksər reytinqlər ya idarə etmənin dar aspektinə orientasia olunub, ya da Rusiya şərtlərində az tətbiq olunan ideal modelini əks etdirir. Azərbaycan direktorlar institutunun konsorsiumu və «Ekspert RA» reytinq agentliyinin korporativ idarə etmə üzrə Milli Şuranın himayəsi altında milli reytinqin yaradılması təşəbbüsünü qəbul etmişdir. Bu metodikanı milli qanunvericilikdən, korporativ davranış kodeksinin rəyləri və işgüzar dövriyyənin ən yaxşı praktiki nümunələrinin hesaba alınmasından irəli gələrək təşkil etmişlər və ilk mərhələdə reytinqdə 137 səhmdar cəmiyyət təmsil olunmuşdur (fond bazarında dövr edən səhmlərin çoxluğu). «RİD-Ekspert RA» korporativ idarəetmə reytinqi 4 göstərici qrupu üzrə inteqral qiymətləndirilməni əks etdirir:

  1. Səhmdarların hüquqları (cəmiyyətin idarə olunmasında, gəlir və payin əldə olunmasında mülkiyyət hüququnun reallaşdırılması, hüquqların pozulması risklərinin səviyyəsi, səhmdarların hüquqlarının müdafiəsi üzrə cəmiyyətin tamamlayıcı (əlavə) öhtəliklərinin mövcudluğu).

  2. İdarəetmə və nəzarət orqanlarının fəaliyyəti (Direktorlar Şurası və icarəedici orqanların təkib və fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət siatemi, idarəetmə və nəzarət orqanları arasında qarşılıqlı təsir).

  3. İnformasiyanın nəşr edilməsi (aşkarlığı) (maliyyə və qeyri-maliyyə informasiyasının nəşr edilmə səviyyəsi, informasiyanın edilməsinin ümumi intizamı, informasiyanın bərabər əldə olunma imkanı).

  4. Digər maraqlı şəxslərin maraqlarına əməl olunması (gözlənməsi) və korporativ-sosial məşğuliyyət (digər maraqlı qrupların maraqlarının uçotu və sosial məşğuliyyət siyasəti, əmək mübadilələri, heyət və yerli əhali üçün layihələr, ekologiya).

Korporativ idarəetmənin keyfiyyətindən asılı olaraq kompaniyalar – reytinq iştirakçıları aşağıdakı reytinq siniflərindən birinə aid edilə bilər:


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin