Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə71/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   63   64   65   66   67   68   69   70   71
- A sinfi. Buraya korporativ idarəetmənin yüksək səviyyəsinə malik olan, Rusiya qanunvericiliyinin tələblərinə riayət edən, eləcə də nəzərə çarpacaq dərəcədə öz təcrübəsində korporativ davranış kodeksinin məsəhətlərinə əməl edən kompaniyalara aiddir. Bu kompaniyalarda reytinq qiymətləndiməsinin anında səhmdarların hüquqlarının pozulması riskləri, kompaniyaların icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyət və keyfiyyətsiz informasiyaların təqdim olunma riski iştirak etmir. Səhmdar cəmiyyətlər «digər maraqlı şəxslərin» maraqlarını nəzərə alır və korporativ-sosial məsuliyyət sahəsində aktiv siyasət həyata keçirirlər. A sinifli kompaniyaların korporativ idarəetməsinin ümumi səviyyəsi konservant-portfel investorların vəsaitlərinin cəlb edilməsi üçün kifayət edir;

- B sinfi. Bu sinfin tərkibinə korporativ idarəetmənin qənaətbəxş səviyyəsinə malik olan, mövcud Rusiya qanunvericiliyinin başlıca tələblərini pozmayan və korporativ davranış kodeksinin baza verilənlərini qismən yerinə yetirən kompaniyalar daxildir. B sinfi kompaniyaların fəaliyyəti səhmdarların hüquqlarının pozulması riskləri, kompaniyanın icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyətləri və reytinqinin qiymətləndirilməsi anına keyfiyyətsiz informasiyaların təqdim olunması riskləri ilə müşayət olunur. Öz praktikalarında səhmdar cəmiyyətlər «digər maraqlı şəxslərin» maraqlarını qismən nəzərə alırlar. Bununla yanaşı B sinfi kompaniyaların korporativ idarəetmə risklərinin məcmusu qısamüddətli investisiyalaşma üçün vəsait kimi tətbiq olunandır. Resursların səhmlərə investisiyalaşması B sinifli kompaniyalarda investorlara «gəlir-risk» optimal nisbətini təqdim edir.

- C sinfi. C sinfi korporativ idarəetmənin aşağı səviyyəli, öz fəaliyyətində bu və ya digər həcmdə mövcud qanunvericiliyin pozulması, korporativ idarəetmə kodeksinin baza verilənlərinə riayət olunmamasına imkan verən kompaniyaları birləşdirir. C sinifli kompaniyaların reytinqinin qiymətləndirilməsinin mənisənilməsi gedişində səhmdarların hüquqlarının pozulması, kompaniyanın icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyəti, keyfiyyətsiz informasiyanın təqdim olunması faktları nəzərə çarpır. Reytinq qiymətləndirməsinin mənimsənilməsi anında səhmdar cəmiyyətlər «digər maraqlı şəxslərin» maraqlarını tam olaraq nəzərə almır və korporativ sosial məsuliyyət sferasında siyasət həyata həyata keçirirlər. Kompaniyada investisiyalaşma risklərinin məcmusu yüksəkdir.

- D sinfi. D sinfinə daxil olan kompaniyaların fəaliyyət korporativ idarəetməsini kafi etməyən səviyyəsi ilə xarakterizə olunur. Bu kompaniyaların təcrübəsində mövcud qanunvericilik tələblərinin pozulması, korporativ davranış kodeksinin baza veriləmlərinin iştirak etməməsi (nəzərə alınmaması) müşahidə olunur. D sinifli səhmdar cəmiyyətlərin səhmlərinə investisiyalaşmaq riski olduqca yüksəkdir. D sinifinin tərkibinə əlavə olaraq SD yarımsinfi daxildir. O, korporativ idarəetmə normalarının, həmçinin səhmdarların və ya digər maraqlı şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını əks etdirir.

Korporativ idarəetmə reytinqində «RİD-Ekspert-RA» konsosiyumu səhmdar cəmiyyətlər tərəfindən təqdim olunan göstəricilərdən istifadə edir, eləcə də aşağıdakı informasiyalardan istifadə edir:



  • Səhmdar cəmiyyətin rəsmi internet saytı;

  • Son iki kvartal üzrə kvartal heabatlılığı;

  • Kompaniyanın illik hesabatı;

  • Azərbaycan Respublikasının səlahiyyətli agentlərinin xəbər lentləri;

  • Informasiyanın digər mənbələri, həmçinin ismarıclar, kompaniya nümayəndələrinin aşılış mətnləri (nitqləri).

Digər tarixi reytinq korporativ idearəetmənin keyfiyyət reytinqi CORE- reytinqdir. Korporativ idarəetmənin keyfiyyət reytinqi korporativ hüquq və idarəetmə institutunu mütəxəssisləri tərəfindən işlənib hazırlanmış orijinal metodika əsasında hesablanır. Reytinq CORE-reytinq şkalası əsasında mənimsələnir: CORE 100-dən (ən yüksək reytinq) CORE 0-a (iflas etmiş müəssisələr, ən aşağı reytinq) kimi. Reytinqin hesabalanması zamanı 3 qrup göstəricilərdən istifadə olunur: kütləvi (nəşr edilməsi məcburi olan) infomasiya, könüllü açıqlanan informasiya və qiymətli kağızlar bazarının analitiklərinin sorğu nəticələri. Müəssisənin qiymətləndirilməsi korporativ idarə etmənin informasiyasının nəşr olunması, səhmdar kapitalın strukturu, korporativ idarəetmə strukturu, səhmdarların deklorativ hüquqları, korporativ əhatə kimi vacib aspektləri üzrə həyata keçirilir. Metodikanın əsasında aşağıdakı prinsiplər dayanır:

  • Müstəqillik.İnstitutut qiymətləndirmə kompaniyanın birbaşa sifarişi və ya istəyindən asılı olmayaraq öz təşəbbüsü üzrə qiymətləndirməni həyata keçirir, kompaniya reytinqinin hazırlanması xərclərini ödəmirlər;

  • Obyektivlik. Reytinqin hesabalanması metodikası subyektivliyi minimallaşdırır.Ekspert baxılan məsələ üzrə öz şəxsi fikrini bildirmir, müəyyən amilin mövcudluğu və ya iştirak etməməsini təsdiq edir.

  • Adi minoritar səhmdarın əldə edə biləcəyi informasiyadan istifadə institut reytinqinə daxil olan bütün kompaniyaların minimal səhm paketinə sahib olur və analiz üçün yalnız adi minoritar səhmdarların əldə edə biləcəyi informasiyadan istifadə edirlər.

Korporativ idarəetmənin reytinqini hesablayan zaman aşağıdakı 2 qrup əsas göstəricilərdən istifadə olunur:

  1. Məcburi qaydada açıqlanan informasiya (kompaniya tərəfindən əlavə olaraq kütləvi nəşr olunan). Tənzimləmə orqanları tərəfindən nəşr olunan informasiya qanuni yolla fəaliyyət göstərən səhmdar kompaniya tərəfindən kütləvi nəşr olunan və ya digər informasiya mənbələrindən (mətbuat, bazar analitiklərinin xülasələri və s.) əldə olunan məlumatlarəsasında qərar qəbul etmək imkanına malikdirlər. Bundan irəli gələrək, reytinqin hesablanması zamanı investorlar üçün qapalı olan informasiyadan istifadə olunur.

  2. Səhmdar kimi institut adından yanlış tələblər və telefon zənglərinə kompaniyanın cavablaı. Təcrübə göstərir ki, az sayda səhm paketinə malik səhmdarlar kompaniya haqqında informasiya əldə etməyə cəhd edərkən real problemlərlə qarşılaşırlar. Bu problemlərin həlli isə vaxt və maliyyə xərcləri ilə əlaqədardır. Kompaniyada səhmdarlara yönəlmiş real münasibəti qiymətləndirmək üçün insitut özü səhmdar olaraq kompaniyaya müxtəlif sorğular göndərir və müvafiq monitorinq aparır.

Kompaniyalar korporativ idarəetmənin müxtəlif aspektlərini əks etdirən 6 parametr (cəhət) üzrə qiymətləndirilir:

  • İnformasiyanın nəşr olunması (kütləvi və ya səhmdarların tələbi ilə nəşr olunan sənədlərin tamlığı və nəşrin müddəti);

  • Səhmdar kapitalın strukturu (nəzarət edici qruplar, mülkiyyət strukturunun aydınlığı və s.)

  • Direktorlar Şurası və icraedici orqanlar (affilləşmə, mükafatlandırma, iclasların protokolları və s.)

  • Səhmdarların başlıca hüquqları (kompaniyanın idarə edilməsində iştirak hüququ, dividendlər əldə etmək hüququ və s.)

  • Risklərin olmaması (aktivlərin çıxarılması, transfer qiymətləri, səhmdar kapitalının yuyulması və s.)

  • Korporativ idarəetmənin tarixi (keçmişdə səhmdarların hüquqlarının pozulması faktları, maliyyə hesabatlılığı problemləri, audit nəticələri və s.)

İnstitut metodikası kompaniyada korporativ idarəetmə sahəsində işlərin real vəziyyətini görməyə, investorların qarşılaşa biləcəyi problemləri aşkara çıxarmağa imkan verir.

Kompaniyanın korporativ idarəetməsinin keyfiyyətinin qiymətləndirilməsi hər kvartal üzrə həyata keçirilir. Reytinqə daxil olan kompaniyalar iqtisadiyyatın başlıca sahələrinə mənsubdurlar və Rusiya bazarının kapitallaşmasının 90%-dən çoxunu əhatə edir.



Növbəti tarixi (milli) reytinq «PRAYM-TASS» reytinqidir.

«PRAYM-TASS» analitikləri tərəfindən işlənib hazırlanmış reytinq metodologiyası reytinq olunan kompaniyalar üzrə kütləvi informasiyanın analizinə əsaslanır. «PRAYM-TASS»-ın fikrincə belə informasiyanın mövcudluğu kompaniyanın şəffaflığının qiymətləndirilməsinin başlıca kriteriyalarından biridir. Reytinq üçün seçilən kriteriyalar korporativ idarəetmənin başlıca risklərini qiymətləndirir, onlar arasında mülkiyyətin konsentrasiyası, səhmdar kapitalının qeyri-şəffaf strukturu, kompaniyanın menecment və direktivlərinin mövcud sistemi, eləcə də korporativ idarəetmənin səviyyəsini müəyyənləşdirən digər riskləri nəzərdə tutur. Mövcud reytinqlərdən bu reytinqi fərqləndirən 3 vəziyyət: reytinqin mənimsənilməsi üçün müəssisələr sahə prinsipi üzrə qruplaşdırılır, reytinqlərin mənimsənilməsi «PRAYM-TASS»-ın şəxsi metodiki bazası əsasında aparılır və informasiyanın açıq mənbələrinə əsaslanır. Reytinqdə iştirak sənaye qrupları və müəssisələr üçün könüllü sayılmır, onların seçimi agentliyin ekspert rəyinin qərarı üzrə həyata keçirilir. Korporativ idarəetmənin risklərinin sahədaxili analizi investisiyalaşma üçün istehsalın bu və ya digər sahəsini nəzərdən keçirən investorlar üçün xüsusi maraq kəsb edir. Reytinqin aparılması üçün seçilən kriteriyaları, mülkiyyətin yüksək konsentrasiyası kimi risklər qiymətləndirir, bu isə səhmdarlar arasında maraqların mübahisəsinə və siyasi motivlər üzrə qərarların qəbul olunmasına gətirib çıxarır. Bütövlükdə korporativ idarəetmə riskləri hər biri öz növbəsində bir neçə alt kateqoriyadan ibarət olmaqla 5 kateqoriyada qruplaşır. Hər alt kateqoriya üzrə kompaniyaya 5 ballıq şkala üzrə reytinq tətbiq olunur, orta göstərici hər kateqoriyada əks olunur. Yekun reytinq 5 kateqoriya üzrə reytinqlərin orta göstəricisi hesab olunur. Başlıca kriteriya kimi kompaniyanın maliyyə şəffaflığı və komapaniyanın maliyyə şəffaflığı ilə bağlı olan informasiyanın aşkarlığı çıxış edir. İkinci kriteriya səhmdar kapitalının strukturu və kompaniyanın səhm bazarına toxunur. Metodologiyanın 3-cü kriteriyası kompaniyada səhmdarların hüquqlarının və korporativ idarəetmə riskələrini analiz edir. Metodologiyanın 4-cü kriteriyası kompaniyanın Direktorlar Şurası və menecmentinin fəaliyyətini qiymətləndirir. Korporativ idarəetmə reytinqinin metodologiyasının sonuncu kriteriyası korporativ idarəetmə sahəsində təşəbbüskarlıq və informasiya aşkarlığıdır. Xarici reytinqlər arasında daha geniş yayılmış reytinq «Standard & Poor´s» korporativ idarəetmə reytinqidir. «Standard & Poor´s» beynəlxalq kompaniyası korporativ idarəetmə reytinqləri metodologiyasının işlənib hazırlanmasına 1998-ci ilin əvvəllərində başlamışdır. Metodologiyanın sınaqdan keçirilməsindən sonra pilot layihələrin gedişində «Standard & Poor´s» kompaniyası ixtisaslaşmış korporativ idarəetmə reytinq xidmətinin yaradılması qərarını qəbul etdi və 2000-ci ildən korporativ idarəetmə sahəsində reytinq xidmətləri göstərməyə başladı. Hal-hazırda «Standard & Poor´s» həm kompaniya, həm də ayrıca ölkələr səviyyəsində korporativ idarəetmənin qiymətləndirilməsi konsepsiyasını əks etdirir. Onun istifadə etdiyi yanaşma maliyyə nöqteyi nəzərdənmaraqlı şəxslərin – səhmdarlar və kreditorlar nöqteyi nəzərdən vəziyyətin araşdırılmasını nəzərdə tutur.

«Standard & Poor´s» analitik qrupları kompaniyanın müsahibələşməsini həyata keçirirlər. Bunun əsasında korporativ idarəetmənin ümumi reytinqini və analizin əsas elementləri qeyd olunan ətraflı hesabat təşkil olunur. Məntiqi müsahibələrin gedişi mənimsənilmiş reytinq haqqında hesabatda analitik tərəfindən ifadə olunur. Hesabatın strukturu aşağıdakı şəkildə olur:



  1. Qısa xülasə. Burada qısa əsaslı kompaniyanın korporativ idarəetməsinin ümumi reytinqi, eləcə də ayrıca kompaniyaların başlıca vəziyyətlərinin (əlavələrinin) qısa ifadəsi öz əksini tapır, hər kompanent üzrə qeyd olunan güclü və zəif tərəflər burada müəyyən olunur.

  2. Kompaniya haqqında arayış: istehsal fəaliyyəti, maliyyə vəziyyəti, mülkiyyət strukturu və menecmentə aid başlıca informasiya.

  3. Metodoloji hissə: ballar və növbəti kompanentlərin analizi:

  • mülkiyyətin strukturu və xarici təsir;

  • səhmdarların hüquqları, maliyyə maraqları olan şəxslərlə münasibətlər;

  • şəffaflıq, informasiyanın nəşr olunması və audit;

  • Direjtorlar Şurasının səmərəliliyi və strukturu.

Korporativ idarəetmənin reytinqinin səviyyəsi (KİR). KİR 1 (aşağı qiymət)-dən KİR 10 (yüksək qiymət)-a qədər olan şkala üzrə tətbiq olunur. KİR 10 və ya 9. Çox güclü korporativ idarəetmə prosesləri və təcrübəsi olan kompaniya. Bu kateqoriyadan olan kompaniyaların KİR-i analizin başlıca sahələrindən bəzilərində nəzərə çarpmayan həcmdə zəif tərəflərin mövcudluğuna dəlalətdir. KİR 8 və ya 7. Komapaniya güclü korporativ idarəetmə təcrübəsi və proseslərinə malikdir. Bu kateqoriya kompaniyalar analizin müəyyən başlıca sahələrində zəif tərəflərə malikdirlər. KİR 6 və ya 5. Korporativ idarəetmənin orta prosesləri və təcrübəsini əks etdirir. Bir neçə başlıca analiz sahəsində bəzi zəif tərəflərə malikdir. KİR 4 və ya 3. Zəif proseslər və korporativ idarəetmə təcrübəsinə malik kompaniya analizin sahələrində nəzərə çarpan zəif tərəflərə malikdir. KİR 2 və ya 1. Çox zəif korporativ idarəetmə təcrübəsi və proseslərə malik, əksər analiz sahələrində nəzərə çarpan zəif tərəfləri olan kompaniya. Digər məşhur xarici reytinq «Brunswick UBS Warburg» reytinqidir. Qeyd olunan reytinqin təşkil olunması metodikası real olaraq mövcud olan və korporativ idarəetmə ilə əlaqədar olan potensial risklərin 8 kateqoriyası və 20 alt kateqoriyasını nəzərdə tutur. Onlardan hər biri aydın müəyyən olunmuş risk əmsalı və onun tətbiqi üzrə göstərişlərə müvafiqdir. Reytinq səviyyəsini kompaniyya tətbiq olunan cərimə balları təşkil edir. Buna görə də, bu və ya digər kompaniyanın yığılan balların cəmi üzrə reytinqi nə qədər yüksək olsa o riskin daha böyük dərəcəsini əks etdirir. «Brunswick UBS Warburg»-un fikrincə, onların modellərinin köməyi ilə əldə olunan nəticələr bazarın korporativ idarəetmə risklərinin qəbul olunması ilə üst-üstə düşür. 35 cərimə balı almış kompaniyalar son dərəcə riskli, 17-dən aşağı olanları isə təhlükəsiz kompaniyalar hesab olunur.

15.4. Korporativ idarəetmənin monitorinq sisteminin prinsipial fərqi odur ki, monitorinq kompaniyaları korporativ idarəetmə səviyyələrinə və onların kütləvi differensiasiyasına görə sıralamaq məqsədi güdmür. Monitorinq hər kompaniyada tətbiq olunan korporativ idarəetmə standartlarına riayət olunması və yerinə yetirilməsinin müşahidəsini nəzərdə tutur. Hal-hazırda məşhur monitorinq sistemləri 2 orqanla həyata keçirilir: informasiya və maliyyə analitikləri gildiyası (İMAG) və Rusiya istehsalçıları və sahibkarları şurası (RİSŞ) Hər iki sistem German Corporate Govermance Score Card metodikasına əsaslanır. Bu sistem Almaniya və digər ölkələrdə geniş istifadə olunur. Ancaq korporativ idarəetmə təcrübəsinin qiymətləndirilməsi üzrə anketlər bir qədər fərqlənir. İMAG korporativ idarəetmə monitorinq sistemi İMAG ekspert qrupu tərəfindən korporativ davranış kodeksi əsasında Scorecad Alman metodikasından istifadə olunması əsasında işlənib hazırlanmışdır. Monitorinqin verilən sistemi kompaniya tərəfindən korporativ idarəetmə standartlarına əməl olunmasına nəzarət edir. Qiymətləndirmə nəticəsi ayrıca kriteriyalar məbləğidir. Müvafiq olaraq, hər kriteriyanın əhəmiyyəti və ümumi məbləği nə qədər maksimal olsa, korporativ idarəetmə standartlara daha adekvat hesab olunur. Monitorinqin digər sistemi RİSŞ tərəfindən həyata keçirilir. Qeyd olunan monitorinq sistemi kompaniyanın korporativ idarəetmə təcrübəsinin müvafiqliyini həm WEF/RİSŞ-nin ayrıca prinsipləri, həm də bütövlükdə müəyyənləşdirməyə imkan verir. Monitorinq nəticələrinə görə kompaniyalar 2 qrupa bölünür: WEF/RİSŞ prinsiplərinə müvafiq olanlar və müvafiq olmayanlar. Bununla yanaşı, monitorinq məqsədlərindən irəli gələrək kompaniyada WEF/RİSŞ prinsipləri üzrə korporativ idarəetmənin müvafiq dərəcəsi nəşr olunmur (açıqlanmır), yalnız kompaniya ilə RİSŞ arasında korporativ idarəetmə üzrə dioloqlar üçün istifadə olunur. Kütlə üçün açıqlanan informasiyalar aşağıdakılar hesab olunur:

  • WEF/RİSŞ korporativ idarəetmə prinsiplərinə sadiqliyini (tərəfdaşlığını) elan edən kompaniyaların siyahısı (siyahı RİSŞ-nın internet saytında açıqlanır);

  • Monitorinq üzrə korporativ idarəetmə təcrübəsi WEF/RİSŞ prinsiplərinə uyğun olan kompaniyaların siyahısı;

  • WEF/RİSŞ prinsiplərinə tərəfdaşlığını elan etmiş və ilkin monitorinq keçirməsindən 12 ay ərzində korporativ idarəetmə təcrübəsi 1 dəfə də olsun WEF/RİSŞ prinsiplərinə uyğun qəbul olunmayan kompaniyaların siyahısı.

Təsdiq olunmuş qrup və kriteriyalara müvafiq tərtib olunmuş anket komapniyalara göndərilir ya da kompaniyalar özləri anketi komitənin (RİSŞ) internet saytından yükləyirlər. Daha sonra anketlər kompaniyanın məsuliyyətli şəxsləri tərəfindən doldurulur. Doldurulmuş anketlər korporativ idarəetmə üzrə RİSŞ komitəsinin koordinasiya mərkəzi tərəfindən işlənir və RİSŞ komitəsinin və RİSŞ-in internet saytında ümumi əldə olunmuş nəticələri yerləşdirir, individual nəticələr isə kompaniyaya birbaşa göndərilir. Qeyd olunan monitorinq sisteminin fərqləndirici cəhəti ondadır ki, kompaniyanın təşəbbüsü üzrə tamamlana və mükəmməlləşdirilə bilər. Monitorinq sistemində dəyişikliklər və ya prinsiplərin xülasəsi korporativ idarəetmə üzrə RİSŞ komitəsi tərəfindən baxışdan keçirilir və RİSŞ idarəetmə bürosunun qərarı ilə təsdiq olunur.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin