Mövzu 1: Fənnin predmeti və vəzifələri


Mülkiyyət hüququ nəzəriyyəsi



Yüklə 248,44 Kb.
səhifə11/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   7   8   9   10   11   12   13   14   ...   71
Mülkiyyət hüququ nəzəriyyəsi. Təsərrüfat subyektlərinin daxili və xarici mühitinin mövcudluğunu nəzərdə tutur, onun fəaliyyətini mühitdə nəzərdən keçirir. Göstərilən nəzəriyyə çərçivəsində (firma nəzəriyyəsindən fərqli olaraq) kompaniya anlayışı iştirak edir və kompaniyaların institutsional mühiti ortaya çıxır. Bu nəzəriyyədə başlıca rolu mülkiyyət obyekti oynayır, onun müəyyən olunmasına bir neçə yanaşmalar nəzərdən keçirilir:

  • Təşkilatın bütöv kompleks mülkiyyəti.

  • Mülkiyyət kompleksindən istifadə və ona sərəncam vermək hüququ.

Obyektə münasibətdə sahibkar subyektlər aşağıdakı kimi sıralanır:



  • Səhmdarlar.

  • Direktorlar Şurası.

  • Baş direktor.

İqtisadi və hüquq hakimiyyəti hər bir subyekt səviyyəsinin cəmləşməsi üzərində müzakirələr aparılır. Korporativ idarəetmənin sadalanan nəzəri əsasları korporasiyaların təşkili prosesinin inqilabiliyini müasir mənada əks etdirir və korporasiyaların bütün idarəetmə orqanlarının qarşılıqlı təsirinə əsaslanan korporativ idarəetmənin nəzəri mənbələrini ayırmağa imkan verir. Qeyd olunan mənbələrin ayrılması yalnız korporativ idarəetmənin yaranması ilə, korporasiyanın formalaşmasının 3-cü mərhələsində mümkün olmuşdur. Korporativ idarəetmənin nəzəri mənbələri aşağıdakılardır: Agent nəzəriyyəsi; İştirakçılar (birgəfəaliyyət) nəzəriyyəsi; İdarəedici nəzəriyyə; Təşkilati nəzəriyyə. Bunların hər birini ayrılıqda nəzərdən keçirək.

2.5. Agent nəzəriyyəsi - korporativ münasibətlər mexanizmini agent xərclərinin instrumentariyası üzərindən nəzərdən keçirir, direktorlar və səhmdarlar arasındakı qarşılıqlı əlaqələri kontrakt münasibətləri şəklində təqdim edir. Nəzərdən keçirilən məsələlərin tipologiyası aşağıdakılarla əlaqələndirilir:

  • “mənfi seçim” problemi (yəni yaxşı menecerin seçilməsi).

  • “opporunist davranış” problemi (yəni meneceri sahibkarın maraqlarına uyğun davranmağa necə məcbur etmək olar).

Agent nəzəriyyəsi çərçivəsində 1976-cı ildə Yensen və Meklinq adlı iqtisadçıların təklif etdiyi model geniş rəğbət qazanmışdır. Bu modelə əsasən agent münasibətləri elə bir kontrakt formasıdır ki, rəhbər öz maraqları çərçivəsində fəaliyyətin həyata keçirilməsi üçün tabe olanları işə qəbul edir və qərarların qəbul olunması hüququnun bir qismini onlara ötürür.

Bundan başqa agent münasibətləri agent xərclərinə səbəb olur (gətirib çıxarır) ki, bunlara daxildir:



  • Sahibkar və menecer arasında kontraktın təşkili xərcləri.

  • Sahibkarın menecerə nəzarəti üzrə xərcləri.

  • Menecerin özünüməhdudiyyət xərcləri.

  • Digər itkilər.

Model aşağıdakı əsas ehtimalları yaradır:



  • Bütün xarici səhmlərin səs hüququ mövcud deyildir.

  • Xarici sahibkarlar mülkiyyətdən gələn gəliri yalnız var – dövlətin artması və ya pul axını hesabına əldə edirlər (yəni şəxsi gəlir əldə etmirlər).

  • Menecerin əmək haqqı xərcləri

  • Modelin dinamik aspekti təhlilindən istisna edilir.

Əlavə ehtimallar ( son nəticədə zəifləyəcəklər):



  • Firmanın böyüklüyü (miqyası) təsbit olunmuş ölçüdədir.

  • Monitorinq və özünü məhdudiyyət imkanı mövcud deyildir.

  • Borcun cəlb edilməsinin qeyri-mümkünlüyü.

  • Diversifikasiyanın zəruriliyi və risk diqqətə alınır.

Bunlara əsasən aşağıdakı nəticələrə gəlmək olar:

  • Menecer firma kapitalının 100%-nin sahibidirsə, o, məhdud xərclər və məhdud gəlirin (“cəmiyyət optimumu”) bərabərliyindən irəli gələrək ediləcək cəhdlərin optimal həcmini seçəcəkdir.

  • Əgər menecer firmanın tam sahibi deyilsə, cəhdlərin səviyyəsi cəmiyyət optimumundan aşağı enir və firmanın dəyəri azalır (zəifləyir).

  • Sahibkar tərəfindən nəzarətin mümkünlüyü firmanın dəyərini yüksəltməyə və nəzarətin olmadığı vəziyyətlər müqayisədə şəxsi gəlirlərin istehlakını azaltmağa imkan verir.

Agent nəzəriyyəsində digər modellərdən də istifadə olunur. Məsələn, kapitalın struktur modelləri. Bunlardan birinin əsasında Modilyani-Miller nəzəriyyəsi dayanır. Bu nəzəriyyəyə əsasən, borc və mülkiyyət arasında seçim firmanın dəyərinə təsir göstərmir. Bu yalnız maliyyə bazarlarının mükəmməlliyi şəraitində öz təsdiqini tapır. Lakin, Yensen və Meklinqə görə, borc həm də agent xərcləri ilə müşaiyət olunur. Menecer daha riskli investisiya həyata keçirməklə riski kreditorların üzərinə keçirəcəkdir:



  • Layihənin uğurlu reallaşdırılması halında menecer daha çox gəlir əldə edəcəkdir ki, borca görə ödənişlər məhduddur.

  • Ancaq uğursuzluq halında kreditorlar əsaslı itkilərə məruz qalacaqlar, belə ki, defolt halında menecerin məsuliyyəti onun kapitaldakı iştirakı ilə əlaqədar məhduddur.

Borcun agent xərcləri özünə aşağıdakıları daxil edir:

  • Borc müqaviləsinin hazırlanması xərcləri.

  • Menecerin yüksək riskli investisiyalardan itkiləri.

  • Monitorinq və özünü məhdudiyyət üçün xərclər.

  • İflas və yenidən təşkil xərcləri.

Bu xərclər borcun artması hesabına yüksəlir. Beləliklə, kompaniya kapitalının strukturunda borc payı nə qədər yüksək olsa, kompaniya üçün borcun dəyəri bir o qədər yüksək olur. Kapital strukturunun digər məşhur nəzəriyyəsi “vergi hesabları”, (vergi qanunvericiliyinin borc üzrə faizlərin vergiyə cəlb olunmasını nəzərdə tutduğu halları nəzərdən keçirir). Yensenin sərbəst pul vəsaitlərinin axını nəzəriyyəsi modeli və 2001-ci ildə Mayser tərəfindən hazırlanmış “ierarxiya nəzəriyyəsi” modeli sərbəst pul vəsaitlərinin mövcudluğu halında kompaniya daxili maliyyələşməni xarici maliyyələşmədən üstün tutur. Belə ki, daxili maliyyələşmə zamanı informasiya assimetariyası müşahidə olunmur. Kompaniyanın xarici maliyyələşmə elementi kimi kompaniya o vaxta qədər borc cəlb etməyə davam edir ki, borc məsrəfləri gəliri üstələsin. Bununla yanaşı qiymətli kağızların buraxılışı ən son mərhələdə həyata keçirilir. 2001-ci ildə agent nəzəriyyəsi çərçivəsində geniş yayılmış daha bir model təklif olunmuşdur. Bu Tirol modelidir. Bu modeldə hesab olunur ki, menecerin fəaliyyətinə nəzarət olunmaya bilər. Firmanın gəliri menecerin səylərindən asılıdır, ancaq ehtimal olunan həcmə malikdir. Beləliklə, firma fəaliyyətinin nəticələrinə əsasən menecerin səylərinin dərəcəsinin müəyyənləşdirməsi çətindir. Bu modeldə 2 növün monitorinqi nəzərdən keçirilir. Aktiv monitorinq o deməkdir ki, xərclər etməklə investor menecerin şəxsi gəlirlərini azalda bilər (Yensen-Meklinq modelinə analoji olaraq). Passiv monitorinq o deməkdir ki, aralıq mərhələdə menecer fəaliyyəti haqqında daha informasiya alına bilər. Belə siqnal mənbəyi kimi investisiya analtikləri, banklar, reytinq agentlikləri çıxış edir. Sahibkar və menecer arasındakı agent mübahisələrinin həlli yolları:

  • İri sahibkarlar, institutsional investorlar və kreditorlar “Direktorlar Şurası tərəfindən həyata keçirilən monitorinq.

  • Korporativ nəzarət bazarı və müvafiq olaraq düşməncəsinə zəbt olunma (ədavət).

  • Kompensasiya sxemləri və aydın olmayan (qeyri-aşkar) stimullar.

2.6. Əməkdaşlıq nəzəriyyəsi - korporasiyanı səhmdarların, istehlakçıların, yerli cəmiyyətlərin, vergi ödəyicilərinin və s. kimi elementlərinin sadə məbləğinə bərabər olmayan böyük bir sistemi əks etdirir. Başqa sözlə, bu nəzəriyyədə “sahibkar - menecer” mübahisəsinin genişlənməsi baş verir və qeyd olunan nəzəriyyənin mahiyyətini bütün maraqlı tərəflərin kompaniyanın idarə edilməsinə məcburi nəzarəti təşkil edir. Bununla yanaşı kompaniya fəaliyyətinin bütün iştirakçıları öz xüsusi məqsədlərini güdürlər:

  • Menecerlər – indivual (şəxsi) məqsədlər, məsələn, əməyin ödənilməsinin maksimallaşdırılması, onların peşəkar təkmilləşməsinə göstəricisi kimi kompaniya səhmlərinin artımı, işçi heyəti artımı və s.

  • İndividual məqsədlər kimi işçilər əməyin ödənilməsinin maksimallaşdırılmasını nəzərdə tuturlar.

  • İstehlakçılar mübadilədən əldə olunan gəlirin maksimallaşdırılması məqsədini güdürlər.

  • Kommersiya tərafdaşları korporasiya ilə bağlanmış kontraktların reallaşdırılmasından əldə olunan əməliyyat gəlirlərinin maksimallaşmasına nail olmağa çalışırlar.

  • Maliyyə resurslarının tədarükçüləri və maliyyə vasitəçilərinin individual məqsədləri kimi dövriyyənin, kredit imkanlarının və s. artımı üçün korporasiyanın maliyyə imkanlarına girişin əldə olunmasına nail olmaq çıxış edir.

  • İstiqrazlar sahibləri istiqrazlara görə faiz ödənişlərinin və istiqrazların məzənnə dəyərinin yüksəlişinin maksimallaşması məqsədini izləyirlər.

  • Dövlət tənzimləmə orqanları korporasiyadan cəlb olunacaq vergilərin artırılmasına nail olmağa çalışırlar.

  • Yerli cəmiyyətlər korporasiyanın resursları vasitəsilə sosial məsələlərin həllinə nail olmağa çalışırlar (biznesi sosial müdafiə proqramlarından istifadə etməyə)

2.7. İdarəedici nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, burada muzdlu menecment və korporasiya üzərində hakimiyyət səhmdarlar və onlara hesabat verməli şəxslər tərəfindən təyin olunan direktorlar vasitəsilə həyata keçirilir.

Sahibkarların çoxluğu taktiki nəzarətin menecerə ötürülməsinə gətirib çıxarır. Menecer “qalıq” nəzarət hüququna malik olur. Sahibkarların payındakı dispersiya nə qədər böyük olsa, “biletsizlik problemi” daha sərt, menecerin nəzarət səlahiyyəti daha böyük olur, yəni mülkiyyət hüququnun olmaması heyətin fəaliyyətinə nəzarət imkanını zəiflədir. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu problem kompaniya sahiblərinə mülkiyyət funksiyası, idarəediciyə isə kompaniyanın cari fəaliyyətindən meydana gələn sərəncam funksiyasına malik olması ilə ortaya çıxır.



2.8. Təşkilati nəzəriyyə menecerin davranışı ilə əlaqədar əksər təşkilati strukturların zəifləməsini nəzərdə tutur. Korporasiya menecerləri (mülkiyyət və idarəetmə funksiyalarının bölüdürülməsinə əsasən) aşağıdakı şəxsi nəzarət gəlirlərinə malik olurlar:

  • Müvəfəqiyyət, iri layihələrin reallaşdırılmasından əldə olunan mənəvi məmnunluq.

  • Menecerin şəxsi etibarı, peşəkar mövqe perspektivləri.

  • İmtiyazlar.

  • Hakimlik - dostların və qohumların hakim mövqelərə təyin olunması.

  • Korporasiyadan aktivlərin birbaşa çıxarılışı.

Bir qayda olaraq, şəxsi gəlirlər hər bir vəzifə üçün spesifik və şəxsləndirilmişdir.

İdarəedicilər istehsala yaxın yerləşdiklərinə görə informasiyanın böyük qisminə malik olurlar və müvafiq olaraq öz məqsədlərinə nail olmaq üçün mülkiyyətçilər tərəfindən təqdim olunan informasiyanı təhrif edə bilərlər.




Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin