Mövzu 1: Fənnin predmeti və vəzifələri


Müşahidə şurası üzvlərinin mükafatlandırılması



Yüklə 248,44 Kb.
səhifə17/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   13   14   15   16   17   18   19   20   ...   71
Müşahidə şurası üzvlərinin mükafatlandırılması

Mükafatlandırma Müşahidə Şurasının üzvlərinin fəaliyyətini stimullaşdıran, onlara öz vəzifələrini vicdanla, cəmiyyətin maraqlarını üstün tutmaqla fəaliyyət göstərmək üçün həvəsləndirmə vasitəsidir. Cəmiyyət Müşahidə Şurası üzvlərini maddi cəhətdən stimullaşdırmaq üçün həvəsləndirmə vasitələri barədə düşünməli və onlara ödəniləcək mükafatları tənzimləyən siyasət qəbul etməlidir. Mükafatlandırma aşağıdakıları daxil etməklə, lakin onlarla məhdudlaşmamaqla, müxtəlif üsullara əsaslana bilər:

- müəyyən edilmiş sabit ödəniş;

- iştirak etdikləri iclasların sayına görə ödəniş;

- komitəyə sədrliyin edilməsinə görə ödəniş;

- Müşahidə Şurasında sədrliyə görə ödəniş;

- cəmiyyətin illik göstəricilərinə əsaslanan birdəfəlik ödəniş (bonus);

- Müşahidə Şurasının komitələrində fəaliyyət göstərməsinə görə ödəniş.

Bununla yanaşı, cəmiyyətin fəaliyyət xüsusiyyətlərindən və sair amillərdən asılı olaraq mükafatlandırılma üçün digər meyarlar da əsas götürülə bilər. Ümumi Yığıncaq Müşahidə Şurasının fəaliyyətinin qiymətləndirilməsi sistemini müəyyən etməlidir.


Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin