Müşahidə şurası üzvlərinin mənafelərinin toqquşması və aidiyyəti şəxslərlə əqdlər
Cəmiyyət Müşahidə Şurası üzvlərinin mənafelərinin toqquşmasına və aidiyyəti şəxslərlə əqdlərə dair adekvat siyasətə malik olmalıdır. Bununla yanaşı, Müşahidə Şurası üzvlərinin Davranış Məcəlləsinin qəbul olunması məqsədəuyğundur. Mənafelərin toqquşması o zaman yaranır ki, Müşahidə Şurası üzvünün şəxsi və ya maliyyə maraqları onun cəmiyyətin maraqlarına uyğun hərəkət etmək vəzifəsinə və məsuliyyətinə ziddiyyət təşkil edir və ya belə ziddiyyət yarada bilər. Bu cür maraq və ya əlaqə həmin şəxsə öz vəzifələrini ədalətli yerinə yetirmək üçün mane ola bilər. Mövcud və ya potensial mənafelər toqquşmasına və ya aidiyyəti şəxslərlə hər hansı əqdə cəlb olunmuş Müşahidə Şurasının üzvü bu barədə Müşahidə Şurası Sədrini iclas başlamamışdan əvvəl məlumatlandırmalı və həmin əqdə dair qərar qəbul edilərkən səsvermədə iştirak etməməli və digər üzvlərə hər hansı təsir etməməlidir. Müşahidə Şurası tərəfindən təsdiq olunmuş mühüm mənafelər toqquşması və ya aidiyyəti şəxslərlə əqdlər səhmdarlara və ictimaiyyətə açıqlanmalıdır.
mövzu 4 : İdarə heyəti və onun təşkili
Dostları ilə paylaş: |