Mövzu 1: Fənnin predmeti və vəzifələri



Yüklə 248,44 Kb.
səhifə56/71
tarix10.01.2022
ölçüsü248,44 Kb.
#110593
1   ...   52   53   54   55   56   57   58   59   ...   71
II.Etik prinsiplər

1) Şirkətin xarici əlaqələrini tənzimləyən etik prinsiplər.

a) Tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlər.

Şirkət tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlərini əməkdaşlıq, qarşılıqlı hörmət və üzərinə düşən öhdəliklərin vaxtında tam və lazımınca icra edilməsi əsasında qurur. Bu münasibətlərin formalaşdırılması zamanı aşağıdakı məqamlara xüsusi ilə diqqət yetirilir:

1)    Şirkət həmişə öz öhdəliklərini vaxtında, tam və lazımi qaydada yerinə yetirir və eyni vəziyyəti öz tərəf müqabillərindən də tələb edir.

2)    Şirkət öz fəaliyyəti ilə yanaşı, tərəf müqabillərinin də fəaliyyətinin inkişafında maraqlıdır.

3)    Şirkət istehlakçılar ilə münasibətlərini qarşılıqlı razılıq və uzun müddətli əməkdaşlıq, ədalət və etimad əsasında qurur. Şirkət üçün əsas məram istehlakçının hüquq və qanuni mənafeləridir. Məhz bu baxımdan şirkət çalışır ki, istehsal etdiyi məhsulun (gördüyü işin, göstərdiyi xidmətin) yüksək keyfiyyətini, təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etsin.

4)    Şirkət öz fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəmadi olaraq işləyir. Bunun üçün monitorinq və sorğular keçirir. Şirkətin ünvanına daxil olan müraciətləri və şikayətləri diqqətlə araşdıraraq, özünün işgüzar nüfuzunun daima yüksək səviyyədə olması üçün zəruri tədbirlər görür.

5)    Şirkət ədalətli rəqabət aparır, öz rəqiblərinin işgüzar nüfuzuna xələl gətirən, onların əleyhinə qanuna zidd və etikaya uyğun olmayan hərəkət etməkdən çəkinir.

6)    Şirkət öz fəaliyyətini hesabatlıq və şəffaflıq əsasında qurur.




Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin