Transaksion (transsəhmdar) xərclər nəzəriyyəsi. Bu xarici müqavilələrin yerinə yetirilməsinin təmin olunması üzrə xərclərdir (aşkar və qeyri-aşkar xərclər). Transaksion xərclər kimi işgüzar tərəfdaşların axtarışına sərf olunan vaxtı, pul qiymətləndirilməsini, eləcə də, danışıqların aparılmasına, müqavilələrin imzalanmasına müvafiq olaraq həmin müqavilələrin yerinə yetirilməsinin təmin olunmasını daxil etməklə işgüzar əməliyyatların aparılması xərcləri daxil edilir. Trasnssəhmdar xərclər əsasən aşağıdakı hallarda yüksək olur:
Unikal (nadir) məhsul istehsalında.
Qeyri - müəyyən tələb və ehtimal olunmayan qiymət hərəkəti olan bazarda.
Bazarda informasiya assimetriyası halında.
Transsəhmdar xərclərin azalması təşkilatların (müəssisələrin) inteqrasiyası vasitəsilə mümkün ola bilər.