Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri)



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə18/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   14   15   16   17   18   19   20   21   ...   94
Informatika-Muhazireler-2

İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram
vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri
maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində
işləməyi təmin edir.
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə
biləcəyi kodlarla işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir.
Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan
proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır.
Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının
mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
-məntiqi məsələlərin həlli üçün;
-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
-texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin
proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator
adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.


 32
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya
yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator
adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə
yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında
məlumatları vaxtında istifadəçiyə çatdırır. Beləliklə, operatorların təhlili və maşın
koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və
proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa yüklənməsinə ehtiyac
duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin