Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 8.2 MS ACCESS verilənlər bazasını idarəetmə sisteminin elementləri və



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə55/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   51   52   53   54   55   56   57   58   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 8.2
MS ACCESS verilənlər bazasını idarəetmə sisteminin elementləri və
onlarla işləmə qaydaları
Plan:
1. MS ACCESS verilənlər bazasını idarəetmə sisteminin elementləri
2. MS ACCESS-də cədvəllərin tərtib edilməsi və formanın hazırlanması
3. MS ACCESS-də sorguların, hesabatların hazırlanması
Access tətbiqi proqramı yükləndikdə ekranda Access pəncərəsi görünür.
Access-in menyusu istifadəçi üçün lazım olan işin yerinə yetirilməsi əməliyyatlarını
muəyyən edən əmrləri özundə birləşdirir. Access verilənlər bazası ixtiyari rejimdə
əlverişli istifadəçi interfeysini təmin edir.
Access yükləndikdən sonra onun pəncərəsi ilə eyni vaxtda verilənlər bazasının
yaradılmasına başlamağı və ya mövcud verilənlər bazası ilə işləməyə imkan verən
birinci dialoq pəncərəsi də görünür. Pəncərənin «Файл» menyusunun «Создать»
əmrini verməklə sağ tərəfdə yeni açılmış işçi pəncərədən «Новая база данных» rejimi
seçilir. Bu rejim verildikdən sonra ekranda yeni pəncərə əks olunur. Bu pəncərədə
yaradılacaq verilənlər bazasına ad verilir və həmin ad yaddaşa yazılır. Növbəti açılan
pəncərənin sol tərəfində Access obyektləri verilir. Verilənlər bazası pəncərəsində
Access obyektiərinin əsas tipləri: cədvəllər, sorğular, formalar, hesabatlar, səhifələr,
makroslar, modullar verilir.
Əgər istifadəçi artıq mövcud olan verilənlər bazası ilə işləmək istəyirsə onda
«Файл» menyusunun «Открыть» əmrindən istifadə edib, açılan pəncərədən lazım
olan bazanın adını seçərək onu açır.
Verilənlər pəncərəsinin işci sahəsi Access-in seçilmiş tipdən olan müraciətlə-
rinin siyahısını əks etdirmək üçündür. Verilənlər bazasının yaradılması üçün açılan
pəncərədə ilkin sətirdə üç düymə verilir. Həmin düymələrin təyinatı aşağıdakı kimidir:
-
Открыть (Aç) düyməsi secilmiş cədvəlin, formanın, sorğunun adlanmasına,
yaxud hesabata baxılmasına, yaxud da makrosun icrasına imkan verir;
- Конструктор (Layihələndir) düyməsi əvvəllər yaradılmış ixtiyari obyektin
üzərində tamamlama rejiminə keçməyə imkan verir;
- Создать (Yeni) duyməsi seçilmiş tipdən olan yeni ixtiyari obyektin
yaradılmasına başlamağa imkan verir.
Access məlumatlar bazasının ilkin pəncərəsi çox sadə quruluşa malikdir. Bu
pəncərə qeyd olunduğu kimi 7 növ obyektdən ibarətdir.
Bu öbyektlər aşağıdakılardır:


 125
Cədvəl - verilənlər bazasının əsas obyektidir. Bu obyektdə məlumatlar
saxlanılır;
- Sorğu - bu obyekt xüsusi quruluşa malik olub, verilənlər bazasını işləmək üçün
istifadə olunur. Sorğuların köməyi ilə verilənlər nizamlanır, süzgəcdən kecirilir,
seçilir, dəyişdirilir, birləşdirilir;
- Forma - bu obyektin köməyi ilə bazaya yeni verilənlər daxil edilir və ya
mövcud olan verilənlərə baxılır;
- Hesabat - onun köməyi ilə verilənlər əlverişli şəkildə çap edilir;
- Səhifə- bazanın Web-səhifə üçün təşkilini təmin edir:
- Makros - bu obyekt makro əmrdir. Əgər verilənlərlə hər hansı bir əməliyyat
tez-tez təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir və bunun
üçün ayrılmış düymələr kombinasiyasından istifadə edilir;
- Modul - bu Vizual Basic alqoritmik dilində yazılmış proqram prosedurdur.
Əgər Access-in standart vasitələri sifarişçinin verilənlər bazasını yaratmaq üçün
kifayət etmirsə, onda proqram sistemin imkanlarını genişləndirməklə, yeni modul
yaradır.
Təşkilat nöqteyi-nəzərdən verilənlər bazasında işləmək üçün iki müxtəlif
rejimdən istifadə edilir:
 - layihə;
- istismar (istifadəçi).
Bazanı yaradan bazada yeni obyektlər ( məsələn cədvəllər) yaradır, onların
quruluşunu verir, sahələrin xassələrini dəyişir və onlar arasında əlaqə yarada bilir.
Baza istifadəçiləri isə formaların köməyi ilə bazaya informasiya daxil edir,
sorğuların köməyi ilə həmin verilənlərı işləyir və nəticələri hesabat şəklində verir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin