Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


Hesabatların hazırlanması



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə59/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   55   56   57   58   59   60   61   62   ...   94
Informatika-Muhazireler-2

Hesabatların hazırlanması
Hesabatların işlənib hazırlanması üzrə Access vasitələrinin başlıca təyinatı çıxış
çap sənədləri səklində cədvəllərdə verilənlərın çıxarılmasının həyata keçirilməsini
təmin edən hesabatların yaradılmasından ibarətdir. Həmin vasitələr çoxlu müxtəlif
cədvəllərdən qarşılıqlı əlaqəli verilənlərın çıxarılmasını təmin etməklə, mürəkkəb
quruluşa malik olan hesabatın layihələndirilməsinə imkan verir.
Hesabatın layihələndirilməsi prosesində onun bölmələrinin tərkibi və məzmunu,
eləcə də verilənlər bazası cədvəllərinin sahələrindən qiymətlərin hesabatda yerləşdiril-
məsi qaydası müəyyən edilir.
Hesabatın maketinin yaradılması və dəyişdirilməsi hesabatların layihələndiril-
məsi pəncərəsində həyata keçirilir. İlk növbədə bu pəncərədə məlum olduğu kimi
hesabatın boş bölmələri əks etdirilir. Bu bölmələrin mövcudluğu, onların əlavə
edilməsi və çıxarılması müvafiq menyu əmrləri ilə aparılır.


 131
Hesabatın forması hazırlanarkən pəncərədəki sahələr istifadəçi tərəfindən
müəyyən edilmiş hesabat maketinə uyğun elementlərlə doldurulmalıdır. Hesabatın
bölmələrinin məzmunu təyin edilərkən, onun ayrı-ayrı səhifələrinin rəsmiyyətə salın-
masına qarşı qoyulmuş tələblərə istinad edilməlidir. Verilənlər sahəsində verilənlər
bazası cədvəlinin sahələri yerləşdirilir. Sahələr üzrə yazılışların qruplaşdırılması lazım
gəldikdə, hesabatların layihələndirilməsi pəncərəsində "qrupun başlığı" və "qrupun
qeydləri" bölmələri də əlavə edilə bilər.
Hesabatların hazırlanması üçün ilkin pəncərədən «Отчеты» (Hesabatlar)
obyektini seçirik və sonra yaradılmanın iki üsulundan biri ilə hesabatı yaradırıq. Bu
üsullar aşağıdakılardır:
-
Создание отчета в режиме конструктора (hesabatın layihəçi rejimində
yaradılması)ı
-
Создание отчета с помощью мастера (hesabatın ustanın köməyi ilə
yaradılması);
Birinci üsulla hesabatın yaradılmasında istifadəçi yuxarı və aşağı kolontitullar
və onların parametrlərini, orada yerləşdiriləcək elementləri, eləcə də verilənlər
sahəsinin ölçülərini, müxtəlif format parametrlərini, sahəyə yerləşdiriləcək elementləri
müəyyənləşdirir və hesabatın ümumi görünüşünü təyin edir.
İkinci üsuldan istifadə etdikdə bir neçə mərhələni keçərək hesabatı hazırlamaq
olur. Əvvəlcə hesabat hazırlanarkən istinad ediləcək cədvəl, forma və ya sorğu və
uyğun sahələr seçilir. Növbəti mərhələdə qrup elementlərinin səviyyəsi müəyyənləş-
dirilir. Daha sonra sahə elementlərinin çeşidlənmə qaydaları, hesabatın maketi və stili
seçilir. Sonuncu mərhələdə hazır hesabatın ekrana verilməsi və ya hesabatda
dəyişikliklər edilməsi təyin olunur. İlkin pəncərəyə hesabatın adı əlavə edilir. Həmin
adı seçib açmaqla hesabata baxmaq olar.
Qeyd edək ki, hazırlanması şərh olunan bütün obyektlərin yaradılmasının ilkin
(Verilənlər bazası) pəncərə «Конструктор» və ya «Создать» əmrləri ilə də analoji
qaydada yaratmaq mümkündür.


 132

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin