148
COM – kommersiya təşkilatları;
ORG - təşkilatlar.
Digər ölkələrdə I səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur. Məs:
ch-Isveçrə, fr-Fransa, ca-Kanada, de-Almaniya, ru-Rusiya, az-Azərbaycan.
Paketlərin öturulməsi və ünvanlara çatdırılması TCP/IP-protokolları vasitəsilə
yerinə yetirüir. Əgər hər hansı bir verilənlər paketi istifadəçiyə vaxtmda çatdırılmırsa
TCP informasiyanın göndərilməsini (lazımi yerə düzgun və itgisiz çatdırılana qədər)
təkrarlayır. TCP-də qurulan verilənlərin öturulməsinin diizgünlüyünə nəzarət edən
alqoritmlər bu problemləri həll edir.
İnformasiyanın itgisiz ötürürülməsinin nəzarət mexanimi belədir: hər bir göndə-
rilən paketin başlığında nəzarət cəmi yazılır. Bu göndərən kompüter tərəfindən təyin
edilir. Qəbul edən kompüter eyni sistem əsasında nəzarətedici cəmi hesablayır və onu
paketin başlığında yazılmış rəqəmlə müqayisə edir. Əgər rəqəmlər üst-üstə düşmürsə
TCP ötürməni təkrar edir.
İnformasiya paketləri göndərilərkən TCP protokolu qəbul edici kompüterdən
informasiyanı qəbul etdiyini təsdiq edən xəbər tələb edir. Beləliklə, TCP iki istiqa-
mətdə infomasiya mübadiləsini təmin edir ki, bu da informasiyanın yüksək sürətlə
translyasiya olunmasma səbəb olur.
Internet - çoxlu sayda kompüterlərdən, kabellərdən, marşrutizatorlardan və
şəbəkədə əlaqəni və işi təmin edən proqram təminatlarından ibarət şəbəkə sistemidir.
İnternet üç əsas komponentdən ibarətdir:
Dostları ilə paylaş: