Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə72/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   68   69   70   71   72   73   74   75   ...   94
Informatika-Muhazireler-2

Virusla yoluxmuş və sıradan çıxmış fayllar: Virus kompüterdə olan istənilən
faylı sıradan çıxara bilər. Bəzi viruslar isə proqramları və faylları yoluxdurur, onların
içinə daxil olur, müəyyən müddətdən sonra fəaliyyətə başlayırlar. Proqramların və
sənədlərin mətnləri, verilənlər bazasının informasiya faylları və s. fayllar virus vasitəsi
ilə yoluxa bilməz, onlar ancaq sırıdan çıxa bilər. Kompüterlərdə .COM və .EXEC
fayllarının virusla yoluxmasına daha tez-tez təsadüf olunur. Kompüterləri bəzən də
disketin yüklənmə sektorundan keçmiş viruslar yoluxdurur.
Kompüter viruslarından mühafizə üsulları: Viruslardan mühafizə üçün
aşağıdakı metodlardan istifadə olunur:
1. İnformasiyaların mühafizəsinin ümumi vasitələri;
2. Virusla yoluxmanın etimalını azaldan profilaktik ölçülər;
3.Virusdan mühafizə üçün xüsusi proqramlar.
İnformasiya mühafizəsinin ümumi vasitələrinin, həm informasiyaları virusdan
mühafizə etməsi, həm də aşağıdakı iki müxtəlif sərfəli cəhəti var:
- İnformasiyaların surətini çıxarmaq;
- İnformasiyaların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaq.
İnformasiya mühafizəsinin ümumi vasitələri kompüterləri viruslardan qoruma-
ğın əsasını təşkil etməyinə baxmayaraq, virusdan qorunmaq üçün kifayyət deyil.
Bunun üçün xüsusi proqramların olması zəruridir və həmin proqramlar aşağıda
göstərilmişdir.
Detektor və doktor, vaksin, revizor, filtr proqramları.
Bu proqramların əksəriyyəti yoluxmuş faylları ləğv etmə rejimində fəaliyyət
göstərir. Bəzi detektor proqramları ancaq bir versiyalı, bəziləri isə bir neçə versiyali
virusu ləğv edir. Detektordan fərqli olaraq doktor proqramları yoluxmuş faylları ilkin
vəziyyətində zərərsizləşdirir. Bu proqramın çatışmayan cəhəti, onun faylları ancaq bir
tip virusdan müalicə etməsi və bəzən də bu müalicəni düzgün aparmamasıdır. Revizor
proqramları əvvəlcə proqramları və faylları öyrənir, yadda saxlayır, sonra ilkin
vəziyyətləri ilə müqayisə edib, onların uyğun olmayan cəhətləri həqqında istifadəçiyə
məlumat verir. Filtr proqramları həmişə kompüterin yaddaşında yerləşir və yerinə
yetirilə bilən bütün əməliyyatlar haqqında istifadəçiyə məlumat verir. İstifadəçi isə öz
növbəsində bu əməliyyatların yerinə yetirilməsinə ya icazə və ya qadağa qoya bilər.
Bununla istifadəçi virusun varlığını qabaqcadan təyin edə bilir.


 167
- Kompüterin virusla yoluxduğu zaman 4 əsas qaydaya rəayət etmək
vacibdir.
- Birinci növbədə bu məsələnin həllində tələsmək lazım deyil. Düşünülməmiş
hərəkət faylın bir hissəsini itirilməylə deyil, (hansı ki, onu bərpa etmək mümkün
olardı), hətta kompüterin təkrar virusla yoluxması ilə nəticələnə bilər.
- Kompüterin söndürülməsi birinci və ən vacib addım olmalıdır. Çünki virus
kompüterdə çox qaldıqca, dağıdıcı təsirini davam edir.
- Kompüterin virusla yoluxmasının və müalicəsinin bütün tiplərini, əməliyyat
sisteminin yazılmaqdan mühafizə olunan disket vasitəsi ilə yüklənməsi zamanı təyin
etmək mümkündür. Bunun üçün, yalnız yazılmaqdan mühafizə olunan disketlərdə
saxlanılan .EXE və .COM timpli proqramlardan istifadə etmək olar.
- Əgər siz kompüteri müalicə etməyə qadir deyilsinizsə, onda bu sahədə təcrü-
bəsi olan yoldaşlarınızdan kömək istəyin.
Sizin illər ərzində gördüyünüz işin nəticəsini bir virus çox az zamanda məhv
edə bilər. Ona görə də informasiyaları (kompüterləri) viruslardan mühafizə etmək
üçün yüksək səviyyəli antivirus proqramlarından istifadə etmək zəruridir.
Beləliklə, Antivirus – Sizin faylların virusla yaluxmasını tez təyin edən proq-
ramdır. Siz yoxlamaq istədiyiniz fayl qeyd olunduqdan sonra, kompüterdən xüsusi
“sanitar” serverə yüklənir və ən yüksək səviyyəli proqram olan- Антивирус Каспер-
ского proqramı vasitəsi ilə yoxlanmağa başlanır. Bu proqram hətta ən yeni virusları da
nəzərdən qaçırmır. Bu proqram vasitəsi ilə ölçüsü 1 mb-dan böyük olmayan fayılları
bir dəfəyə yoxlamaq mümkündür. Əgər eyni zamanda bir neçə faylı yoxlamaq lazım
gələrsə, onda həmin faylları birinci növbədə (ZIP və ARC və s. ) arxivləşdirmək,
sonra isə yoxlamaq lazımdır. Bu variantda da arxivin ölçüsü 1 mb-dan böyük olma-
malıdır. Baş menyunun Proqramlar siyahısından Антивирус Касперского proqramını
seçməklə, həmin proqramın istənilən bölməsini yerinə yetirmək olar. Qeyd edək ki,
hazırda digər antivirus proqramları da mövcuddur.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin